sel_can

sel_can
@selcan_12
"Çətin" desən çətinləşir hərşey. "Düzəlmir" dedikcə daha çox pozulur. Və getməməsini istədikcə gedər bəziləri. Amma nə olursa olsun günün sonunda hər şey davam edər.Bəzən üzər, üstünə gələr, qəlbini qırar həyat. Canını yandırar, yuxusuz gecələr yaşadar. O gecələr bitməyəcək zənn edərsən. Heç keçməyəcəyini sandıgın duyğuları qoyar qəlbinə. O duyğular da heç getməyəcək zənn edərsən. Amma sonra elə gözəl şeylərlə qarşılaşdırar ki, qırılmış,incinmiş hər tərəfini başqa biri tamamlayar. Yaralarından öpər və sağaldar. Bu səbəbdən yaşadıgın heçbir şeyə isyan etmə və bir gün hamısının gəlib keçəcəyini bil..🌙
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
•Səni xüsusi qılacaq uzun-uzadı cümlələr yaza bilərəm. Elə gözəl bəzəyərəm ki, sətirləri sadecə gözləri ilə misralara toxunan qadınlar aşiq olar hər zərrənə. Üzünü görmədən bir bütün yaradar hər kəs ağlında. Qüsurlarının ilk bahar çiçəyinin üzərinə düşən xaldan heç bir fərqi yoxdur mənə görə. Sən incə-incə işlənən bir incəsənət əsərisən. Qorxudan içim-içimi yeyib bitirir ki, sənətdən anlamayan biri gəlib toxunacaq sənə. Bir göz qırpımında dağıdacaq hər şeyi. Mənim yan-yana ikən həsrətindən dilə gəldiyim varlığa, nankor bir bəndənin əlucu toxunması necə də, ədalətsiz bir addımdır. Bircə tonun kölgəsində, digər rənglərin sehrini itirdiyi günəşin batışı qədər gözəl bir mənzərə tapmışam səndə. Saatlarca deyil, günlərcə izləyə bilərəm hər parçanı. Sən içimdə bir labirintsən, mənə yolumu azdıran. Qəlbimə ən yaxşı bildiyin hiylələri toxumusan. Aça bilmirəm sirləri. Önümdən neçə fərqli yol ayrılır. Amma heç biri sənə gətirmir deyə, oturub sənin mənə gəlməyini gözləyirəm biçarə. Tək nöqsanın var sənin, baxışlarını üzərimdə hiss etdiyimdə artan ürək döyüntülərimin səbəbisən. Toxunsam saçına, saqqalına əllərim alışıb yanar deyə qorxuram. Uzaqdan uzağa nəfəsimi kəsən adamın bir addım uzağımda ikən tenimdə yaratdığı qasırğaları ağlım belə almaz əsla. Gözlərin dənizdir, sevgilim. Söylə bir balığı necə batıra bilirsən öz evində ? Bir nağıl qəhrəmanı olmağı istərdim. Ən çox hansı bilirsən ? Yanağıma qonduracağın kiçik bir öpüşlə yatdığım röyadan oyana biləcək bir pəri olmağı dilərdim. Yaşanan hər şey yuxu olardı beləcə, gözlərimi açdığım an hər şeyi unudacağım bir yuxu. Gördüyüm ilk varlıq sən olardın. Cansız bədənimə nəfəs verən Tanrı olardın. Həbs olardıq bir neçə səhifəlik vərəqələrə. Kaş ki, biz sənlə xoşbəxt sonla bitən adicə bir nağıl olardıq..✨
Darıxdığım insanlar var, itirdiklərim var, üzgünlüklər var. Zaman tapmırsan bəzən səni gözləyənlərə salam belə verməyə. Amma hər zaman səni sevinclə qarşılamaq üçün gözləyənlər var. Bir gün sizin də bəxtiniz gətirəcək, unutmayın. Sizin də xoşbəxt olmaq vaxtınız çatacaq. Heç kəsi qısqanmayaraq gözləyin. Həyatı sevərək yaşamağı öyrəndiyiniz zaman, xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu da anlayacaqsınız. Həyatında olan hər bir insan mənası olduğu üçün bu səyahətin bir hissəsidir, ancaq onların hamısı qalmaq üçün gəlmirlər. Ən gözəl sabahlar, sabah namazıyla və sevdiyin insanları Allah sənə yenidən görməyi qismət elədiyində gözəl olurmuş. Yorulduğun şeylər nə qədər çoxdur. Eşitmək istəmirsən, görmək istəmirsən bəzi şeyləri, bəzi kəsləri. Danışmaq belə bəzən çox mənasızdır, boşdur. Üzülürəm bəzi şeylərə dərindən nəzər saldıqda. Görmək istədiyim kimi olmamaları içimi incidir. Danışılacaq bir insan olduğunda, onunla danışa bilməmək, onu itirmək deməkdir. Danışıla bilməyəcək bir insanla danışmaqsa sözlərin boşuna xərclənməsi deməkdir. Ağıllı olan, nə o insanı itirər, nə də sözləri boşuna xərcləyər. Hər kəs səhv edə bilər, amma bunlardan dərs almadan irəliləmək həyatın mənasızlığına yol açar. Başımıza gələnlər heç bir zaman səbəbsiz deyildir, hər birinin öz mənası vardır. Hər qarşılaşma, hər kiçik hadisə içində bir məna daşıyar. Birini itirməkdən qorxmağa başladığımız zaman onu nə qədər sevdiyimizi də daha yaxşı anlayırıq. Yalnızlıq doldurulacaq bir şey deyil. Yalnız qalmamaq üçün münasibət qurmaq olmaz. Sevgi yalnız olduğun üçün deyil, hazır olduğunda səni tapar. Həyatındakı kiçik şeyləri gör. Bir gülümsəmə, bir baxış, bir insan. Şükür etməyi unutma. Varlığın üçün, sahib olduqların üçün. İçindəki səsi susdurma.
Yaralarim sagalacaq ama.her lekesini.gordukce sene.nifretim.o.qeder artacaq 🌪
Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm. Nə etdiyini.. evdən çıxarkən qalın geyinmişdin görəsən? Çətirin yanındadırmı? saçların islanıb yəqin indi. Köynəyin üstünə yapışıb , soyuqdan ətin ürpərir. Bəlkə də dayanacaqdasan. Əllərin cibində , avtobusun gəlişini gözləyirsən. Maşınlardan sıçrayan su üst başını batırmır ki ? Ayaqların çox üşüyərdi həmişə. Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm. Gəlsəm taparammı səni? Tapsam tanıyarammı görən? Dəmir sobamın üzərində iki dilim çörək qızarır. Moruq mürəbbəsi də var , sevdiyindən.. İsti çayım pıqqıldayır , sızlayan vicdanım kimi.. Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm.. Üşümə..
İlişkiler