selcan

selcan
@selcan_1
16 okur puanı
Nisan 2020 tarihinde katıldı
Biriləri gəlir, biriləri gedir. Təqvimdən səhifələr əksilir, təqvimdəki səhifələr yıxılır.. Günlər, həftələr, aylar hətta illər dəyişir. Yavaş yavaş köhnəlirik bir-bir. Bizlərdə dəyişirik. Artıq əvvəlki xoşbəxtliyimiz yoxdur. O çox istədiyimiz böyümək halhazırda kabus kimi gəlir. Böyüdük nə oldu ? Kədərlər çoxaldı . Uşaq ikən " ölüncə cənnətə gedərik " deyə düşünərdik..Nə zaman böyüdük biz? Hansı ara yollarımız ayrıldı. Nə oldu uşaqlığımıza? Kimdir qatili? Mən mi ya da biriləri mi ? Zaman keçir.. Zaman keçdi. Biriləri keçdi getdi burdan. " Ona birşey olarsa nə edərəm? " deyə düşündüyümüz hər insanın cənazəsini çiyinlərimizdə daşıdıq,içimizdə öldürüb dəfn etdik. Və o an zaman dayandı. Baxın . istədiyimiz şey oldu. Biz böyüdük.. Artıq uşaq parkları bizə cəzb edici gəlmir. Göz gözə gəldiyimizdə kədərlə qaçırırıq gözlərimizi. Varlığına tutunduğumuz,çiynimizi söykədiyimiz ağac yıxıldı. Nə də ulu idi o ağac..Yellənçək qurub yellənərdik. Nə günlərdi o günlər. Hamımızın ağlında " Kaşki o günlərdə qalsaydıq" cümləsi vardı.Gözlərimiz sözlərimiz kimi deyildi. Gerçəklər baxdıqca görünürdü. Göz görməsəydi belə yağış kimi yağardı hərşeyi ələ verərdi. Əvvəllər dilək diləyib ümidlər bağladığımız ulduzlar biz böyüdükcə anlamını itirdi. Nələrəsə bənzətdiyimiz buludlar bir anlam daşımır artıq. Radyoda çalmır artıq uşaqlığımızın mahnısı. Səssizlik var.. Qocaman bir səssizlik..
Reklam
Göy gurultusu kimi olur bəzən səssizlik. Ortada gözlə görünən bir şey yoxdur,ancaq yer göy silkələnir sanki. Gözün dikilən yerlər də sənə ilk gördüyün yermiş kimi gəlir. Hərdən özünü yuxuda hiss edirsən. Ya da bir anlıq özünü hansısa vaqonda görüb,həyata elə burdan başlamısanmış kimi düşünürsən. Heç kimin üzü tanış deyil,heç kimi tanımırsan. Ürkək bir titrəyişlə qısılırsan bir küncə. Hərkəs sənə fərqli gəlir,ya da tam əksinə,adi. Ya hamını bir baxışla tanıyırmış kimi olursan,ya da heç kimi tanıya bilmirsən. Hərkəsin içində ayrı bir dünya kimi qalırsan. Hədiyyə qutuları ilə dolu bir mağazada,boş bir qutu kimi hiss edirsən. Heç kimin almayacağı. Səssizlik çox qorxuludur,nə kimisə çağırır,nə də kimsə eşidir. O çağırmır,ama siz də eşitmirsiz. Bəzən çətin gəlir oxuduğun hər sözü anlamaq,ya fikrin başqa yerdə olur,ya da həmin sözlər sənə mənalı olduğu üçün dərk etmək çətin olduqca mənasız gəlir hərdən. Tək qalmaq - dörd divar arasında özünlə baş başa qalmaq deyil təkcə. Hərdən 10 nəfər insanın içində də tək qalırsan. Heç kim səni düşünmürsə,sən yalnızsan. Və bu halda belə sən özünü bir kənara qoyub,başqa birini düşünürsənsə,sən bədbəxtsən.
-Biz keçmişi silə bilmirik deyə keçmiş bütün xəyallarımızı silir bəzən. 'Keçmişi siləcək qədər güclü olmaq lazımdır, keçmişə görə siləcək qədər aciz yox'. demişdi Dostum. Düz deyirdi. Dostlar bəzən düz danışır, yada heç danışmır. Bir dostun səssizliyi mənə yeni il gecələrindəki atəşfəşanlığın bitdiyi anı xatırladır. Hamının birdən Bakını tərk etdiyi anı. Bəzi kədərləri danışmaq olmur, cümlələr bəs eləmir hissləri danışmağı. Bədən dili deyə bir şey olsa da, kədər dili deyə bir şey yoxdur. İnsanlar başqasının kədərini başa düşə bilməz. Mümkün deyil..

Okur Takip Önerileri

Tümünü Gör
o qədər uzun zamandır ən dibdəyəm ki, dünyada əslində işıq deyə bir şeyin olmadığına inanmağa başlamışam. nağılda deyildiyi kimi, "ya quyu çox dərin idi, ya da zaman həqiqətən yavaşlamışdı". ümid nə idi, gülümsəmək, rahat nəfəs almaq necə olurdu? xatırlamıram.. özümü bildim biləli yalnızam. özümü bildim biləli insanlarla çevriliyəm. hamı çox istəyir məni. hamı dinləyir, hamı anlayır. bircə özüm. bircə mən.. anlaya bilmirəm məni. illər əvvəl yazdığım o səbəbsiz narahatlıq hələ də var içimdə. üşüyüb yuxudan oyanmaq kimi. oyanıram. özü də dəfələrlə. amma həqiqətə yox. sadəcə başqa bir kabusa. məndən bir şey gözləmə. məndən bir şey istəmə. oyun yoldaşını itirmiş o uşağam mən. unudulmuş o uşağam. gizləndiyi həmin yerdə hələ də gözləyən, çoxdan bitmiş oyununa bir ümidlə davam edən. ürkək, cılız, bezmiş uşaq.
Tavan yıxılmadı, bu divar üstümə aşmadı. Çiynimə toxunub gedənlər oldu. Beynimin içindəki uçurumlardan atmadım özümü. Balkonun dəmirlərinə söykənib oturdum. Ulduzları görmədim. Parlaq binaların arasında kibrit çöpü kimi qaldım. Radio dalğaları, tsunamilər, zəlzələlər falan, boğulmadım. Bir balıq boğuldu, bir yarpaq düşdü. Yolunda gedən nə varsa getdi. Anlamırlar, anlamazlar, anlamadılar. İntihar etmək istədim amma bu insanlar intiharı da anlamazlar. Qalxdım işığı söndürdüm, düşündüm, bir çay içdim. Dedim ki, xatırlanmaq üçün bir yerdə unudulmaq gərəkir. Atmadım özümü ordan, yıxılmadım, boğulmadım. Ölməyi istəmək, ölməkdən daha çətin idi ..
Reklam
Darıxdığım insanlar var, itirdiklərim var, üzgünlüklər var. Zaman tapmırsan bəzən səni gözləyənlərə salam belə verməyə. Amma hər zaman səni sevinclə qarşılamaq üçün gözləyənlər var. Bir gün sizin də bəxtiniz gətirəcək, unutmayın. Sizin də xoşbəxt olmaq vaxtınız çatacaq. Heç kəsi qısqanmayaraq gözləyin. Həyatı sevərək yaşamağı öyrəndiyiniz zaman,
Çox yaralandım mən. Çox yara aldım. Mən yaralarımı göstərmədim heç kimə. Başqa bir yara ilə sarıdım hər səfərində. Düşdüm,qalxdım,hər dəfə öz dizlərimə tutundum. Hər dəfə eyni yerdən vurulmaq öldürmürmüş. Ölüm kimi yaşadırmış. İlk yaramı alanda,çox uşaq idim. Son yaramı səndən aldım. Mən kimsəyə göstərmədiyim yaralarımı sənə göstərmişdim. Sar demişdim. Sarıl demişdim. Yar demişdim sənə mən. Sən isə yalnış anladın,yaramı yardın. Heç kimi buraxmadığım bu qapıdan,səni ev sahibi etdim. Canım çox yandı mənim. Artıq kül də deyil,küldən də keçib. Mənim gözlərimə diqqətlə baxmadın heç sən. Baxsan görərdin,içini qara buludlar örtüb. Hər yağış yağanda,üzümdə qalan əllərinin izini yuyub aparır. Çox yoruldum. Sən mənim yaramın üz qabığı oldun. Heç toxunmadım bilirsən? Heç toxunmadım. Canım gözüm,sən məni eyni yerdən vurmaqdan yorulmadın?
Gedib ölənləri bir yandan ağrıdırdı canımı, ölüb gedənlər bir yandan. Ölülərdən ağlamağı, dirilərdən ağlatmağı öyrənirdik. Özü yıxılan ağlamaz deyə, mən illərdi gülürəm. Mənə elə gəlirdi ki, bundan sonra kiminsə ölməsi, hətda dirilməsi belə təccübləndirmirdi məni. Quşların uçub, güllərin açması mənim nəyimə lazımdı axı? Canımızdan başqa hər şeyi itirmişik, qəbul edin bunu. Mən ilk dəfə yıxıldığım günü belə xatırlayıram. Hansı küçədə, hansı tində. Üstümdə nə var idi, yanımda kim yox idi, hamısını yadımdadır, hamısı. Əmin olduğum tək şey var. Heçnə yaxşı olmayacaq, çünki heçə çevrilişlərin yaxşı tərəfləri olmur . ..
Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm. Nə etdiyini.. evdən çıxarkən qalın geyinmişdin görəsən? Çətirin yanındadırmı? saçların islanıb yəqin indi. Köynəyin üstünə yapışıb , soyuqdan ətin ürpərir. Bəlkə də dayanacaqdasan. Əllərin cibində , avtobusun gəlişini gözləyirsən. Maşınlardan sıçrayan su üst başını batırmır ki ? Ayaqların çox üşüyərdi həmişə. Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm. Gəlsəm taparammı səni? Tapsam tanıyarammı görən? Dəmir sobamın üzərində iki dilim çörək qızarır. Moruq mürəbbəsi də var , sevdiyindən.. İsti çayım pıqqıldayır , sızlayan vicdanım kimi.. Pəncərə qırağında dayanıb yağışın səsini dinləyərkən səni düşünürəm.. Üşümə..
seni öylesine çok istedim, seni ölesiye diledim ki. kayan bir yıldızda, gözümün altına düşen kirpikte, koparılan papatya yapraklarında, üflenen doğum günü mumlarında.. radyoyu açtığım an çalmaya başlayan o en sevdiğim şarkı sendin, en sevdiğim şairin en sevdiğim şiirinin en güzel kıtası, bir filmin en inanılmaz anı ve bir kitabın hayat kokmuş yaprakları sendin. koklamaya doyamadığım parfüm senin kokundu, kafamı koymaktan hiç bunalmayacağım tek göğüs sana aitti. herkes rüyalara dalıp kendini karanlık bir huzura bıraktığında siyahlığı aydınlatan ay sendin, güneş çıktığında bile orada gizlice dünyayı gözetleyen ay sendin. gökten yeryüzüne düşen yıldızı sevdiğim gibi, düşen kirpiğimde tuttuğum dilek gibi, papatya yapraklarında seni aradığım gibi, parıldayan doğum günü mumlarını sevdiğim gibi.. seni seviyorum.. 💙
Reklam
Bir şarkımız olsun seninle. hep beraber dinleyelim o şarkıyı. Birlikte dans edelim o şarkının eşliğinde, gökyüzünde ki bulutlar varmış gibi hissedelim ayaklarımızın altında… Öyle bir tut ki elimi sanki bütün parmak kemiklerimi kıracakmış gibi. Bilirsin sesim çıkmaz sana canım yansa dahi..✨
Barmaqları gəzdi ruhumda..onu hiss edirdim. Boynuma dəyən nəfəsini , ağır ağır hərəkət edən sinəsini , dərimin üzərindəki barmaqlarını.. gözlərimi yumub qaranlığın içində tamam itənə qədər gözlədim..onu anlamaq , onunla bərabər dərinlikdə olmaq istəyirdim.. qapqara bir dünyada yaşamaq necə olur anlamaq istəyirdim..işığın nə olduğunu bilməmək nə deməkdir ? Rəngləri bilməmək..insanların , heyvanların, evlərin , maşınların nəyə bənzədiklərini bilmədən yaşamaq.. səslərdən ibarət bir dünyada yaşamaq necə hissdir? Sıxırdım gözlərimi..var gücümlə sıxırdım.. zülmət qat qat ağırlaşırdı üzərimdə..əzildiyimi hiss edirdim , amma gözlərimi açmayacaqdım.. " nəfəs al " dedi. "Rahatla və nəfəs al". Həmin ana qədər nəfəsimi bayaqdan bəri tutduğumu hiss etməmişdim. Səsi qulağımda dalğalanarkən saç diblərimə qədər ürpərmiş , heç olmadığım qədər rahatlamışdım. Üz üzə dayanacaq şəkildə uzandım bu dəfə. Gözlərinin işıltısını zorla gördüm qaranlıqda. Gözlərimə baxmırdı , hardasa çox uzaqlarda dalğalanırdı iki cüt dəniz. .bunu dəqiq bilirdim amma o an..sadəcə bir an üçün əksini hiss etmişdim.. gözlərimi yumdum yenə..və əlimi aramla atan qəlbinin üzərinə qoyub gözlədim.. əlləri yenidən üzümü tapdı..göz qapaqlarımı , soyuqdan quruyan dodaqlarımı , həyəcandan tərləmiş alnımı tapdı.. qıvrılan saçlarımın arasında dəqiqələrlə nə isə axtarırmış kimi gəzdi.gəzdi..gəzdi✨
Səni sevmək,dünyadakı Ən gözəl hiss olsa gərək. Qurumuş bir çiçəyə, Su verməkdi səni sevmək. Darıxanda,şəkillərdən, Saçını sığallamaqdır. Bir zəncirtək ürəyimi, Ürəyinə bağlamaqdır. Səni sevmək,uşaqlıqdır, Uşaq kimi sevinməkdir. Hərkəsə çirkin görünüb, Sənə gözəl görünməkdir. Hərkəsdən sıxılıb,qaçıb, Yanında xoşbəxt olmaqdır. Səni sevmək,ömür boyu, Yanında,uşaq qalmaqdır.
Böyük bir dənizin ortasında, hərəkətsiz olan bir gəmidə yaşayıram sanki. Niyə burdayam ? Burdan hara getməliyəm ? Bu yol məni hara aparır ? Yolun sonunu görə bilmirəm. Sadecə bir şans verilib, vaxt da ki məhdud. Və mən doğru yolun hansı olduğunu belə bilmirəm hələ. Həyat bu günə kimi bir çox şeyi öyrətdi mənə. Bəzən susdum, boyun əydim, təslim oldum, itaət etdim, məğlub oldum, dözdüm. Amma heç cür uzlaşa bilmədim bu həyatla. Olmadı, üsyan etdim, baş qaldırdım, savaşdım. Razılaşdım bir təhər, günəşin yenidən doğmasını gözlədim. Məndən aldıqları ilə bir ev tikdi bu həyat mənə. Amma nə var etdi, nə də yox olmağıma imkan verdi. Gözlədim, səbir etdim, yıxıldım dəfələrcə, cəhd etdim yenə. Axı tərs gedən nə idi ? Anlamadım heç. Yoxsa həyat sadecə gözləməkdənmi ibarət idi ? Bilmədim. Çıxa bilmirəm bu labirintin içərisindən. Çətindir seyrinə durmaq olanların. Yığıb saxladığım həvəslər, köhnəltdiyim ümidlər, içimdə buruq bir ağrıya çevrilmiş olan keçmiş, qucaq-qucaq vaxtı keçmiş xatirələr. Narahatlıq və qorxularla bəzədilmiş bir gələcək. . Sökülür yavaş-yavaş divarlarım içimdən, solmuş vicudum da büdrəyir ayaqlarım. Indi sadecə bir az yorğun hiss edirəm.
Nə çox sevərdim səni mən. İllər məni dəyişsə də,səni harada görsəm,yenə o məsumluğuna yenilərəm. Yanımda biriləri olacaq deyə çox qorxuram,sən qarşıma çıxanda. Sanki,sənə xəyanət edirəmmiş kimi.. Amma sən bəlkə də,çoxdan adımı yazmısan dənizlərə,yuyub aparıb sellər məni. Nə çox sevərdim səni mən. Yıxdın bütün körpüləri,sənə gəlmək istəsəm,bir yol yox,bir iz yox,bir ümid yoxdur artıq. Saçına qarışmış xatirələrimizin tozunu,kimlər öpüb çəkəcək içinə,kim bilir. Ancaq,de onlara,de ki,sənə toxunmasınlar,bir can əskik qalar bu dünyadan. Saçının hər telində özümü asdım mən hər gecə,xəbərin yox,gözlərinin qarasından atdım özümü,xəbərin yox,mən bu qədər ölmüşkən,dirilmərəm yenidən.Mənim biçarə yanım,nə çox sevərdim səni mən..
95 öğeden 76 ile 90 arasındakiler gösteriliyor.