Səmra Həsən

Səmra Həsən
@semrabella
"Florebo quocumque ferar”
Tərcüməçi, rəssam, fotoqraf
BSU
Bakı
Bakı, Azərbaycan, 13 Aralık 1999
68 okur puanı
Ağustos 2018 tarihinde katıldı
İnsan - azca inamı olarsa, möcüzələr yaratmağa qadirdir, kapitan. Bir azca inam...
Sayfa 464·Kitabı okudu
Reklam
Əgər suala düzgün cavab yoxdursa, vəziyyətdən çıxmağın yalnız bir yolu var: Nə hə, nə yox. Yalnız susmaq.

Səmra Həsən

, bir kitap okudu
Puan vermedi·614 syf.·
10 günde okudu
·
2020 11. kitabı
Dan Brown
8.8/10 · 52,9bin okunma
Hasa əlini arvadına uzatdı, kafedəki müştərilərin diqqətli baxışları altında onu çıxışa doğru apardı. -Yandırır, - Asiadeh çiyinlərini oynada-oynada dilləndi. -Nə yandırır? -Baxışlar. Kişilər mənə elə baxırlar ki, elə bil indicə öpmək üçün üstümə atılacaqlar. -Bəlkə doğrudan da elə bunu istəyirlər.
Lenqdon tələsik Sofiyə izah etdi ki, Bafomet bütpərəstlərin nesilartırma Allahı olub. Hesab edilirdi ki, o, hədsiz kişi qüvvəsinə malikdir, Bafometə əsasən ya qoyun, ya da keçi başlı təsvir edirdilər - bunlar nəsilartırmanın hamı tərəfindən qabul edilmiş rəmzləridir. Tampliyerlər Bafometə hörmət edirdilər, onlar dairəvi şəkildə durub ortaya daşdan düzəldilmiş qoyun və ya keçi başı qoyur və ona dualar oxuyurdular. Bafomet! - Tibinq sevinclə güldü. - Bu mərasim yeni həyat veren seksual birləşmənin magiyasına təriflər demek üçün keçirilirdi. Amma papa Kliment əmin idi ki, Batomet - əslində seytanın başıdır. Bu daşdan düzəldilmiş qoyun başından tampliyerlərin işində onların əleyhinə əsas dəlil kimi istifado olunmuşdu. Lenqdon başını tərpətdi. Müasir dövrdəki buynuzlu seytana, yaxud iblisə olan inamın kökləri Bafometə və Kilsənin bu, buynuzlu nəsilartırma allahını şeytan kimi qələmə vermək cəhdlərinə gedib çıxır. Kilsə qismən də olsa buna nail olub. Şükran bayramı günü ənənəvi amerikan açıqcalarında indiyə kimi bütpərəstlərin nasilartırma rəmzi olan buynuz təsvir olunur. "Bolluq buynuzu Bafomete xərac kimi verilib ve bu, keçi südü ilə böyümüş Zevsə sitayiş dövründə baş verib. Keçinin buynuzu sınır və sehrli şəkildə buynuzun içi müxtəlif nemətlərlə dolur. Bafomet qrup çəkilişlərində tez-tez görünür: hansısa zarafatçı öz dostunun başı üstündə barmaqlarını "V" şəklində, buynuz simvolu kimi qaldırır: Çox az zarafatcıl insan bunun kişi gücünün nümayişi olduğunu bilir.
Reklam