“Dəyirmanın mühasirəsi”ni oxudum. Kitab fərqli idi, amma açığı, məndə o qədər də böyük təsir buraxmadı. Hadisələrin quruluşu maraqlı görünsə hekayənin yaratdığı hava bir az sıx və anlaşılmaz idi, ona görə tam istədiyim duyğunu ala bilmədim. Sonu isə ümumiyyətlə düşündüyüm kimi bitmədi. Daha başqa bir nəticə gözləyirdim. Yenə də müəllifin yaratdığı gizli mənalar əsəri fərqli edən cəhətlərdən biri oldu. Oxuduğuma görə peşman deyiləm, sadəcə gözlədiyim qədər mənim zövqümə uyğun olmadı.