"Bin muhteşem güneş oxuduğum ən gözəl və ən təsirli kitablardan biri idi.
Kitabda iki qadının — Məryəm və Leylanın həyatları təsvir olunub. Yazar onların talelərini elə bir araya gətirib ki, oxuduqca həm kədərlənirsən, həm əsəbiləşirsən, həm də içlərindəki işığa heyran olursan.
Məryəm və Leylanın hekayəsi sadəcə iki qadının həyatı deyil, səssiz qalan, amma içində fırtınalar daşıyan bütün qadınların səsi kimidir. Hekayə insanın içinə yığılan acını da, gücü də o qədər real göstərir ki, kitab bitdikdən sonra təsirindən çıxmaq çətin olur.
Bin Muhteşem GüneşKhaled Hosseini · Everest Yayınları · 2026119,4bin okunma