Evakuasiya , Qaraqan -dan oxuduğum ikinci kitab oldu. Əslində, bir çoxumuzun da bildiyi kimi, Qaraqan çox sadə dildə -hətta məişət dilinə çox yaxın üslubda- yazır. Bu səbəbdən də kitabı oxuyarkən tez müddət ərzində bitirmək mümkündür, amma sizin ona ayırdığınız vaxtdan asılı olaraq bu müddət uzaya da bilər (örnək: mən). A -ya nisbətən sujet xətti daha yaxşı ələ alınmışdı məncə. (Nə vaxtsa bu kitaba da inceleme yazaram yəqinn idk)
Kitabın mövzusundan bəhs edim. (TW: sarkazm, spoyler, tənqid?)
Baş qəhrəmanlar: eqosundan özünü görmək mümkün olmayan, beyin əvəzinə hormonları ilə düşünən, bu yaşda hələ Baykalın nə olduğunu bilməyən 18 yaşlı Fidan və beyin cəhətdən ondan 100-120 pillə yuxarı (nəyə əsasən qərar verdiyimi sorğulamıram bcz məndə də bir az çatmır), ən azından düşünməyi bacaran, aşırı emo vibe aldığım və mənim kimi qulaqlığı qulağından düşməyən, qara papaqlı -olduğunu düşündüyüm- xaker Kənan.
Kitabda əsas hadisələr bir gün məktəbdə həyəcan siqnalı çalınması ilə başlayır. Müəyyən olunur ki, bəs ölkədə fövqəladə hal təyin edilib və evakuasiya prosesi aparılmalıdır. Beləcə, müdafiə tədbiri məqsədilə hamını göy avtobuslara yığıb aparırlar metrostansiyalara. Sözün düzü, ölkəmizdə belə bir sığınacağın olub olmadığından əmin deyiləm. Bunker deyəndə sovet dövründə tikilən, indi də narkomanların ocağı olan o yer ağlıma gəlir (Ulduzda idi deyəsən bilmirəm). Ona görə hər metroya minəndə vaqonun pəncərələrindən baxırdım ki, görüm həqiqətən sığınacağa bənzəyən bir yer, qapı filan görəcəm ya yox. Çox lazımsız məlumat oldu amma hələ də mənə maraqlı olan bir mövzudur. Nəysə
Bilirəm çox kinayəli bir giriş oldu, əslində, bu münasibətim də bir az müəllifin özünə qarşıdır. Elxan bəyin nisbətən eqoist biri olduğunu düşünürəm sözün açığı. Bir çox danışığında minnət hissi