Rüqəyya Şükür

Rüqəyya Şükür
@shukur0vaa
İnsanları sevmirəm mən. Kitabların verdiyi xoşbəxtliyin onda birini belə vermirlər mənə. Həvəskar yazıçı İnst: @hervaxtinizkitab
Medicine faculty
Laborant
Azərbaycan/Gəncə
Gəncə, 10 Ekim 2004
150 okur puanı
Temmuz 2022 tarihinde katıldı
🌸 Aurora – yalnız xanımlar üçün kitab müzakirəsi qrupu! 📚✨ Kitabların sehrli dünyasında birlikdə səyahət etmək və fikirlərimizi paylaşmaq istəyirsinizsə, bizə mesaj yaza bilərsiniz. 💞 Qrup həm WhatsApp, həm də Instagram-da mövcuddur. 🌷📖 Gəlin, birlikdə yeni dünyaları kəşf edək! 💞
Reklam
Adını siz qoyun
Yağış yağır,üşüyürəm,əzizim De,hansı qapıda gözləyim səni? Hansı yad əllərdən güman axtarım, Hansı cəhənnəmdən səsləyim səni? Hansı yad ocaqlar isitsin məni, De,indi saçımı necə qurudum. "Bilirəm gələcək,sevir o məni" Nə qədər yalanla qəlbi ovudum? Nə qədər buludtək ağlayım axı, Nə qədər dəyəsən mənim xətrimə? Üşüyürəm,yenə yağır,əzizim, Yağış yerə,səndə mənim qəlbimə.. ~Rüqəyya Şükür
Bu qədər böyümək istəyəndə biz, Bilməzdik böyüyər həmdə dərdimiz. İtən uşaqlığım dönsün geriyə, Qalmasın bu gündən ən kiçik bir iz. İstəmirəm, çəkmək dünya dərdini, Qoy,çəkim yalnız mən bir gül rəsmini. Tək dərdim oyun və oyuncaq olsun, Unudum keçmişin hər bir sətrini. Ana laylasıyla yatan uşaqkən, İnsan yalanıyla yatırıq indi. Bu necə dünyadır axı, İlahi, Doğrunu yanlışa satırıq indi İlk dəfə gözümə anam baxarkən, Sandım ki, sevgi də elə bu imiş, Nə biləydim ondan başqa baxan göz, Cəhənnəmə açıq bir qapı imiş. Kaş birdə dönəydim uşaqlığa mən, Vallah böyüməyi istəməzdim heç. Bəlkədə bilsəydim keçmiş qədrini, Uşaqlığı indi axtarmazdım heç. ~Rüqəyya Şükür
Şeirin adını siz qoyun
İllər əvvəl rastlaşsaydıq görən necə olardı? Yenə sevərdimmi mən səni? Qayıtsaydıq bəs uşaqlıq çağına, Tanıya bilərdin məni? Mən səni tanıyardım... Lap "bənövşə" oynasaq Uzaqdan qışqırıb biri, "Bizdən sizə kim düşər?" Deyə sualın versə Yada ilk sən düşərdin. Dəsmal aldı-qaçda da Mən qoyub hərşeyimi, Bir hiyləgər oğru tək Qəlbin alıb qaçardım. Gizlənpaçda lap özümü itirib, Qəlb qapında tapardım. Gəl qayıdaq keçmişə, Uşaqlıqda rastlaşaq Sənlə oyun oynayıb, Biraz erkən dostlaşaq. Gəl birlikdə biz olaq Yaxın oyun yoldaşı, Sonrada böyüyərək, Sənlə həyat yoldaşı... ~Rüqəyya Şükür.
Reklam