Rüqəyya Şükür

Rüqəyya Şükür
@shukur0vaa
İnsanları sevmirəm mən. Kitabların verdiyi xoşbəxtliyin onda birini belə vermirlər mənə. Həvəskar yazıçı İnst: @hervaxtinizkitab
Medicine faculty
Laborant
Azərbaycan/Gəncə
Gəncə, 10 Ekim 2004
150 okur puanı
Temmuz 2022 tarihinde katıldı
8/10
·143 syf.··
2025 13. kitabı
Salam dostlar. Günortanız xeyir, hər vaxtınız isə kitab olsun Bu gün sizə gənc və yeni yazarlarımızdan Niyəməddin Öz-Ayrılıq ölümdən betərdir əsəriylə gəlmişəm. Əsər ayrılığın insanda yaratdığı emosianal boşluğu oxuyucuya çatdırır. Əsərdə mövzular başlıqlar altında bölünür.Hər başlıqda sevginin yaşatdığı hər iki duyğu-kədər və sevinc öz yerini alır. Əsərdə başlıqlara uyğun sevilən şeir və ifadələrdən istifadə edilməsi əsərə ayrı bir gözəllik qatıb. Bir neçə iradım olacaq.Bəzi hissələrdə paradoks ifadələr diqqətimi çəkdi.Bu ifadələrin eyni başlıq altında işləmək yerinə fərqli hissələrdə işlənməsi daha uyğun olardı.Məsələn bir hissədə "sən məndə acı xatirə olaraq qalacaqsan" dedikdən 2 cümlə sonra "sən məndə şirin xatirə olaraq qalacaqsan" deyir. belə fikirlər fərqli başlıqlar altında fərqli yanaşmayla işlənməliydi.Məncə bu şəkildə hər başlıq fərqli yanaşmayla yazılsa daha çox oxucu kütləsi çəkər. Və son olaraq şeirlər üstündə birazda çalışılmalıdı deyə düşünürəm. Ancaq bunun yazarın ilk kitabı olduğunu nəzərə alsaq məncə uğurlu iş çıxardıbHər oxucunun ən azı bir cümlədə özünü tapacağı bir kitabdır. Yazıçımıza yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm.Əminəm ki, gələcəkdə daha gözəl uğurlara imza atacaq.Qələminizə əməyinizə sağlıq! Qüsursuz kitab yoxdur!! Qüsurlarıyla sevin kitabları! Kitabla qalınSalamat qalın!
Ayrılıq Ölümdən BetərdirNiyaməddin öz · Çardaq Neşriyyat · 202516 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·344 syf.··
2025 12. kitabı
Axşamınız xeyir,hər vaxtınız isə kitab dostlar! Bu gün sizlərlə Varis Dirie-Səhra çiçəyi əsəri haqqında danışacıq. Əsər adını elə yazıçımızdan alır. Yazıçımız bu kitabda Somali çölündən supermodelliyə gedən məşəqətli həyat yolunu bizimlə bölüşür. İlk zərbəsinə atasının dostu tərəfindən hələ 3-4 yaşlarında zorakılığa məruz qalaraq yaşayır.Təəssüf ki, həyat daha çətin günləri bunun bərabərində gətirir. 7 yaşında sünnət edilir. Həmdə bu heç bir ağrı kəsici olmadan, qeyri-steril şəraitdə baş verir. Bu sadəcə Varisin deyil minlərlə Somalili qadının başına gələn bir faciədir.Bunun "adət-ənənə" adı altında edilməsidə ayrı bir məsələdir. Bu əməl nəticəsində həyatını itirən minlərlı qız,ömrünün sonuna qədər bunun fəsatlarıyla yaşayan qadınlar... Bu sadəcə faciədir! Bunun haqqında çox danışmaq olar.Ancaq Varisin başına gələnlər bununla bitmir. 13 yaşında bir neçə dəvə qarşılığında 60 yaşında kişiyə ərə veriləcəyini eşidən Varis qaçır.. Və bununlada onun mübarizə dolu uğura gedən həyatı başlayır. O qədər gözəl əsəriydi ki... Bir qadının gücü ancaq bu qədər yaxşı göstərilə bilərdi.Bu qadın bir əfsanədir.Hər səhifəsində "buna necə dözdü ilahi"deyə heyrətə gəldim... Ümidsizliyə qapılmayıb hər səfərində çıxış yolu tapması möhtəşəm idi.Və bəli bu sadəcə bir kitab deyil bu gerçək bir həyat hekayəsidir.! Qadın zorakılığın bitdiyi,qadınların rahat bir şəkildə nəfəs alaraq, layiq olduqları kimi möhtəşəm bir həyat yaşadığı bir dünya arzu edirəm.... Kitabla qalın, salamat qalın....
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,6bin okunma
10/10
·236 syf.··
2025 7. kitabı
Salam dostlar.Hər vaxtınız kitab olsun! Bu gün sizə Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" əsəriylə gəlmişəm. İddia edirəm bu kitabı oxuyanda heç kim göz yaşlarına hakim ola bilməyəcək! Axıcı olsa belə bir nəfəsə oxumaq mümkünsüzdür. Çünki oxuduqca iliklərinizə qədər ağrını,kədəri hissedirsiniz "Gerçək həyat hekayələri" olması gerçəyi bıçaq kimi ruhunuza sancılıb nəfəsinizi kəsir. Əslən Qarabağlı olan yazar-jurnalist Vüsalə Məmmədovanın bu kitabında Qarabağ müharibəsində xalqımızın üzləşdiyi işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətli əsir həyatından bəhs edir. Bu kitab erməni vandalizminin canlı şahidi olmuş həmvətənlilərimizin diliylə yazılıb.Mənfur düşmənin qadın, uşaq, qoca, cavan demədən etdikləri zülm burda da öz əksini tapıb. Ürəyimə təskinlik verən məqam da oldu bu əsərdə. Əsirlərin öz aralarında "qoruyucu mələk" adlandırdıqları Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Prey Reyçelin fədakarlıqları bu zalım dünyada insan olmağı bacaran, məsum qanının su yerinə axtığı bir zamanda mərhəmət duyğusunu itirməyib, qoruyub saxlayanların olduğunu göstərdi mənə. Hər bir hekayə ayrı-ayrılıqda qəlbimdə yara açdı amma "Alça ağacının altındakı məzar" hekayəsi bütün Azərbaycan xalqının ürəyinə çəkilmiş bir dağdır mənə görə. Nicatın acı taleyi, illər sonra oğlunun məzarına gedən atanın qarşılaşdığı o ağır mənzərə. Təsəvvür edin hələ 6 yaşında düşmən gülləsiylə dünyadan qoparılan bir körpə.. Və onu dəfn etməyə "Öz oğlunu dəfn etmək bütün işgəncələrdən daha ağır olacaq" deyərək icazə verən bir mənfur... Balaca Nicatı çox sevdiyi, hər zaman altında oynadığı ,hələ kal ikən dərib ciblərinə doldurduğu alça ağacının altında dəfn edirlər. İllər sonra-Qarabağ azad olunduqdan sonra balaca Nicatın məzarı açılır və onun sümükləri arasında işgəncə aləti tapılır. Necə ağır
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202043 okunma
7/10
·200 syf.··
2024 2. kitabı
·
27 günde okudu
·
Okunma: 30 Mayıs 2024 12:32
Hər vaxtınız kitab dostlar! Bu gün Rövşən Abdullaoğlunun Üsyan kitabını müzakirə edəcik. Həyatda verdiyimiz mübarizələr, bəzən böyük bəzəndə kiçik olan çətinliklər insanın üsyan etməsinə səbəb olur. Bu üsyanlar həyatımızı necə dəyişir? Bəs etdiyimiz üsyanların gözümüzün qarşısında olan fürsətləri görməməyimizə, uğur qapılarının üzümüzə bağlanmasına səbəb olduğunu düşünmüşdüz? Düzü mən roman insanıyam. Ancaq Rövşən bəyin qələmindən şəxsi inkişaf kitabları belə su kimi axır gedir.Kitabın hər bölümündə fərqli hekayələrlə rastlaşırıq. Bəzi şəxsi inkişaf kitablarında olduğu kimi söz yığını yerinə belə hekayələrin olması kitabı dahada axıcı edir.Tanınmış pisixoloqlardan sitatların olmasıda kitabı maraqlı edən nüanslardandır. Amma üzləşmə yoxsa üsyan deyə soruşsalar mən sonuna qədər "üzləşmə" insanıyam))) Qüsursuz kitab yoxdur.qüsurlarıyla sevin kitabları! Kitabla qalın salamat qalın!.
1000Kitap
ÜsyanRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 202291 okunma
9/10
·96 syf.··
2024 3. kitabı
Hər vaxtınız kitab dostlar! Bu gün dünya klasiklərinin ən gözəl nümunələrindən birini, "İvan iliçin ölümü" əsərini müzakirə edəcik. Bu əsər Tolstoy yaradıcılığının necə parlaq olduğunu bir dəfədə oxuculara sübut edir.)) Əsər İvan İliçin ölümündən, son günlərində çəkdiyi əzab və pisixoloji sarsıntısından bəhs edir. Həyatın qanunu hər birimizə məlumdur. İnsan doğulur, özünə görə yaxşı və ya pis yaşayır sonunda ölür. Bunu bilirik bəs dərk edirikmi? Doğuluruq, yaşayırıq qulağa sadə gəlir. düşündükdədə elə bir təsir bağışlamır. bəs "ölürük" deyəndə? Ölürük... necə tük ürpərtici bir ifadə olduğunu düşündükcə daha yaxşı anlayır insan. hətda o qədər dəhşətə gətirir ki, biraz düşündükdən sonra tez bu düşüncədən qaçır, sanki heç ölməyəcəkmiş kimi həyata davam edirik. Əsəri oxuduqca insan o duyğunu sanki yaşayır. Özünə sual verirki "İlahi məndə ölüm döşəyində belə olacam? Yox, yox məndə ölüm döşəyində olacam?!" Əminəm ki, hər birimiz həmin anda İvan İliçin yaşadığı duyğuları yaşayacıq...Bəlkədə buna görə deyirlər "ən gözəl ölüm qəflət ölümdür" Bəs İvan İliçin ölümünü fürsət bilib öz xeyirini güdən insanlar?... həyat belədir.. öldüyün an mərhum-mərhumə'dən başqa bir şey deyilsən. kəfənə bükülmüş bir ət parçasısan sadəcə.. amma qorxma! əgər sən kəfənə bürünməklə başqalarına xeyir verən bir ət parçasısansa digər cəsətlərdən daha "dəyərlisən". Qaçınılmaz son, qaçınılmaz başlanğıc... Təki "Ölüm qurtardı,Daha ölüm yoxdur!" deməyi bacaraq)) Qüsursuz kitab yoxdur.qüsurlarıyla sevin kitabları! Kitabla qalın salamat qalın!.
1000Kitap
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201861bin okunma