N.

N.
@silent_liness
pupil
Azerbaijan
Georgia, 22 Aralık 2008
35 okur puanı
Aralık 2023 tarihinde katıldı
"AĞ DİŞ"
10/10
·234 syf.··
2024 2. kitabı
·
13 günde okudu
·
Okunma: 24 Mayıs 2024 22:01
Jack Londondan oxuduğum ilk əsərlə gəldim bu gün. Povestdə yarı canavar balası olan bir itin həyatını oxuyuruq. İtin dünyaya gəlməsinə qədər olan bir neçə hadisəyə, uşaqlığına, insanların əlinə düşməsinə, insanlarla və öz həmcinsləri ilə olan hadisələrə şahid oluruq. Əsərlə yox da, əsərin Azərbaycan dilinə tərcümə edilmiş halı olan bu kitabla əlaqəli kiçik bir etirazımı bildirmək istəyirəm: kitabın arxa üzündə əsərin sonunun yaxşı və ya pis bitdiyinin qeyd edilməsi xoşuma gəlmədi. Bundan başqa əsər və ya kitabla əlaqəli heç bir mənfi fikrim, etirazım yoxdur. Yazıçı əsərdə bir heyvanın həyatını təsvir etsə belə, insanlarla əlaqəli fikirlər də söyləmişdir. Bir heyvanın gözündən insanlar və onların hərəkətləri, onların yaratdığı nəhəng tikililər, onların qurduğu sistem və qoyduğu qanunlar canavar balasında – Ağ Dişdə vahiməyə səbəb olurdu. Bu da əslində insanların etdiyi bir çox şeyin qorxunc və qəddarcasına olduğunu üzümüzə vurmağa yetir. Əsərdə canavar balasının insanları "tanrı" kimi görməyi də diqqət cəlb edən digər bir nüansdır. Fikrimcə, əsərin oxunmağa dəyər olduğunu qeyd etməyimə ehtiyac yoxdur. Həyata fərqli bir pəncərədən baxmaq gözəl və qəribə bir hiss idi. Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
Ağ DişJack London · Kitab Klubu Nəşriyyatı · 201995,6bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
"... hər bir canlı varlıqda müəyyən dərəcədə ədalət hissi vardır..."
Sayfa 214·Kitabı okudu
"Enli yollarda qorxunc tramvaylar hərəkət edirdilər. Onlar elə bil, bərkdən uğuldayır, cingiltili səslər çıxarırdılar. Bu səslər vaxtilə Ağ Dişin şimal meşələrində rast gəldiyi vəhşi vaşaqların fınxırtısını xatırladırdı."
Sayfa 196·Kitabı okudu
"Həyat cəhənnəm əzabıydı."
Sayfa 154·Kitabı okudu
"Xeyirxahlıq odur ki, iztirab vermir, özüylə azadlıq və həzz gətirir."
Sayfa 145·Kitabı okudu