Rəsulzadə çıxışında Azərbaycan xalqını "azadlıq ayrısı sizlər", özlərini isə "Vətən ayrısı bizlər" deyə qeyd etmişdi. Biz artıq "Azadlıq ayrısı" deyilik, biz azadlığın, hürriyyətin öz övladlarıyıq, əziz Rəsulzadə.
"Hürriyyət!... O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!"
Başı bəladan, qırğınlardan açılmayan bir millətin ən önəmli, ən şanlı günüdür bu gün. Hürriyyətini, istiqlalını əlinə aldığı gündür-28 May. Bundan ötə gün yoxdur.
Bütün Cümhuriyyət qurucularımızı, üçrəngli bayrağı, bu himni, hürriyyəti bizə ərməğan edən hər kəsi böyük sevgi ilə yad edirik. Biz də nə bu günü unudarıq, nə bu Vətən üçün can qoyanları. Bundan sonrası bizim çiyinlərimizdədir. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi: "Yetər ki, biz – bizə düşmən olmayalım, yetər ki, hürriyyət və istiqlal eşqi ilə yanan biz məfkurəçilər xeyir ilə şəri ayırd edəlim”.
Bayramımız Mübarək! 🇦🇿❣