Solmaz Hüseynli

"SƏBR" sözünün əsas mənası "həbs etmək,içəridə tutmaq" deməkdir. Lakin, haqsız yerə məhkumiyyətə boyun əymək, alçaldılmağa razı olmaq, insan qüruruna kölgə salacaq şeylərə dözmək, zillətə və haqsız təcavüzlərə qarşı səssiz qalmaq, dişini sıxmaq səbr deyil. Çünki, doğru olmayan davranışlara qarşı səssiz qalmaq, o davranışa ortaq olmaq deməkdir. Əksinə, bu cür davranışlara qarşı çıxmaq, haqqı müdafiə etmək və qorumaq üçün cəhd göstərmək və bunda qərarlı olmaq səbrdir. İnsanın özü, gücü və iradəsi ilə öhdəsindən gələ biləcəyi pisliklərə qatlanması, zəiflik göstərməsi səbr deyil, acizlik, tənbəllik və qorxaqlıqdır.
İnsan ve Hayat