Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Ümumiyyətlə, yatmaq istəyirdi — hər şeyi ağuşuna alan səssizlik onu məğlub eləmişdi.
Və son...
- Abdulla sizi çox sevirdi, - dedi. Qadın susdu. Səssizlik çökdü. Hikmətin gözləri doldu. Astadan: - Bir bacını, bir ananı... bir ovuc vətən torpağını... nə qədər sevmək mümkünsə, o qədər, - pıçıldadı. Cavab gözləmədən dəstəyi asdı.
Sayfa 332Kitabı okudu
Reklam
Tanrı hər gün bizə – günəşlə birlikdə – bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmir. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehirli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir-birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an – ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an mövcuddur.
Göyün tənhalığı Nə yaman olurmuş. Adamı dəli eləyər, Göyün tənhalığı, Hər sınaqdan yamandır, Hər qorxudan qorxuludur, Min bir sualla doludur Göyün tənhalığı, Nə bir insan səsi. Nə bir ağac kölgəsi. Ancaq nəhayətsizlik, Səssizlik...
Sayfa 38
Gecənin elə bir anı var ki, həmin an hiss etdiyin səssizlik səni ölümünə qorxudur. Bu səssizlik heçnəyə bənzəmir.. az qalır qulaqlarını batıra.. ətrafdakı tək səs aldığın nəfəsin hənirtisi olur.. adi vaxt düşündüyün hansısa problemi belə düşünməyə çəkinirsən həmin vaxt.. sanki əminsən ki, bir başlasan düşünməyə.. çəkib aparacaq səni, ayağına bağlanan ağır daş kimi.. ən dibə.. ən dərinə.. Mən bilmirəm, hansı ölüm daha yaxşıdır. Əgər az da olsa dəyərə sahibsənsə biri üçün, ölümün yaxşısı varmı? Qəfil ölümmü daha az incidər, yoxsa zamana yayılan işgəncə dolu ölümmü ?
Sayfa 125Kitabı okudu
Göldə çimmək; sahildə lüt uzanmaq;
gizlin bir yerdə günəşi əmmək; günortadan sonra işıq, hava və sudan sərxoş olub mürgülü-mürgülü evə qayıtmaq. Səssizlik; Yemək; İçmək; Yatmaq; Rahatlıq — Tətil.
Reklam
Fırtına öncəsi səssizlik..
Bir daha oku

Bir daha oku

@Birdaha_oku
·
27 Mart 12:44
Sessizliği bağırmasından beterdi.
Səssizlik ona görə maraq yaradır ki, insan bilmədiyindən qorxur.
Sayfa 221Kitabı okudu
Görməzdən gəlin, səs etməyin, cavab verməyin. Səssizlik hərkəsi məhv edər ... ~ Charles Darwin ~
" Səssizlik, həm də səssizliklərin ən narahat edəni: beyinlər danışarkən dodaqların səssiz qalması... "
Reklam
Günlər də insanlar kimi öz ömürlərini yaşayırlar. Soyuqda donur, yağışda islanır, istidə təntiyir, küləkdə gözlərini qıyırlar ki, toz dolmasın... Gecə darıxırlar, sükut və səssizlik, həm də hərəkətsizlik şəraitində bağırları çatlayır. Gündüzsə onlarçün maraqlı olur. Həyat qaynayıb- daşır, bol hadisələr baş verir... Onların ömrü çox qısadır, cəmi iyirmi dörd saat... Наmısı eyni ölçüdə, eyni biçimdədir. Arzuları və istəkləri də oxşardır: pis xatirələrlə, acı hadisələrlə yaddaşlarda qalmasınlar...
İmam Səccad buyurur: "Kufə şəhər deyil, səssizliyin adıdır; harda zülmə qarşı səssizlik var, ora Kufədir". İlahi, əhli-Kufə olmaqdan Sənə sığınıram...😔
158 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.