Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
176 syf.
5/10 puan verdi
·
21 saatte okudu
Səssizliklər adası Tənhaların ürəyində bir ada vardır həmişə... ruzigarında qağayıların süzdüyü, sahilində dalğaların köpürdüyü və heç kəsin yaxınlaşa bilmədiyi bir ada... özlərindən başqa bir kimsənin olmadığı, gözlərindən iraq, insanlardan uzaq bir şəkildə ənginliyin ortasında hər insanın arzuladığı... issızlığa bürünmüş... Bir palma ağacları, bir qumsallıq, bir də dalğalar olur onların həmdəmi və bir də iri-iri hərflərlə "Kömək edin" yazısı... Və bir də səssizlik vardır tənhaların içində özlərindən başqa bir kimsənin duymadığı...
Səssizlik və Ötəsi
Səssizlik və ÖtəsiMizan · Parlaq İmzalar · 20182 okunma
398 syf.
9/10 puan verdi
·
21 günde okudu
Sözsüz, möhtəşəm əsərdir. Axıcı kitab olduğu doğrudur, amma bir o qədər də gərginliklə doludur. Bitirəndən sonra kilometrlərlə qaçmışcasına yoruldum sanki.. Bəzən məqsədə çatmaq üçün əlimizdən gələni edirik, amma o nəticənin bizi xoşbəxt edib-etməyəcəyini heç düşünmürük, ən böyük səhvi də bəlkə burada edirik. Nə qədər vaxtın keçməsi vacib deyil, Nə qədər dəyişdiyin vacib deyil. Səssizlik səni dəli etməkdə davam edəcək Və dəhşətin soyuq pəncəsini hiss edəcəksən. Səssizliyi eşidənlərə... #Şizofrenik
Şizofren
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20165,4bin okunma
Reklam
320 syf.
·
Puan vermedi
·
3 günde okudu
Tanrını sevirəm deyib qardaşına nifrət edən yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Tanrını sevə bilməz. Kitab tam da bu ab-havada davam edir. Aydın dəli kimi göstərilsə də, əslində evdəki ən ağıllı insandı. Oxumağa çalışan, düşünən, digər qəhrəmanlar kimi boyun əyməyən insandır. Orxan isə oxuyan zaman tamamilə insanı əsəbiləşdirən, qardaşına, bacısına dəstək olmayan digər qardaşının isə ölməsini arzulayan biridir. Ata, ana, Aidə, Yusif də həmin evdə yaşayan və onların da hekayəsindən bəhs edilən zaman hər birinin həyat hekayəsi bir nəfəsə oxunur. Romanın əvvəlində evin boşluğu, insanların ölümündən sonra evdəki səssizlik, nəfəssizlik isə insanı qəhərə boğur…
Ölü Ruhlar
Ölü RuhlarAbbas Maroufi · Etna Kitap · 2010179 okunma
54 syf.
·
Puan vermedi
Təsirli və qəlb burxucu bir hekayə idi. Bir insanın öz iradəsi ilə ona verilmiş fürsəti (həyatı) necə məhv edə biləcəyini göstərirdi bizə "dürüst oğru" obrazı. İçki bağımlısı olmasına baxmayaraq ətrafında olub-bitən hadisələri müşahidə etməsi və kimsəylə bölüşmək istəyi bəlkə də iradəsini təslim etməsəymiş uğurlu bir fərd ola biləcəyinin bir nümunəsi idi. Lakin bu pis vərdiş onun düşüncələrinin belə ciddiyə alınmamasına səbəb olurdu. O, isə bütün bunlar qarşısında sadəcə səssizlik dəryasına qərq olurdu. Lakin sonda pis vərdişlərinə baxmayaraq ona çörək verən insana qarşı etdiyi xəyanət ilə barışa bilmir. "Mən götürməmişəm" deyə özünü sübut etməyə çalışıb qarşı tərəfin buna inanmasına baxmayaraq hələ də öz vicdanı ilə barışmaması və evi tərk edib içgidən uzaqlaşması bir nümunəsidir ki, hara qaçırsaq qaçaq öz vicdanımızdan uzaqlaşa bilmərik. Sonda evə qayıdıb ölüm anlarında hər şeyi etiraf etməsi isə mənə tövbə və bağışlanma diləmək, dəyişmək üçün heç nəyin gec olmadığını xatırlatdı. Xülasə, cümləmi bu fikirlərlə bitirirəm: "Ya hatalarınla yüzleşir Ya da hatalarınla yüzsüzleşirsin Cahil olmak başkadır. Pislik olmak başka."
Dürüst Hırsız
Dürüst HırsızFyodor Dostoyevski · Yemeksepeti Banabi · 20202,963 okunma
427 syf.
·
Puan vermedi
Vulf Dorn "Şizofrenik"
Nə qədər vaxtın keçməsi vacib deyil. Nə qədər dəyişdiyin vacib deyil. Səssizlik səni dəli etməkdə davam edəcək. Və dəhşətin soyuq pəncəsini hiss edəcəksən.
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,4bin okunma
375 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Adamlar bu gün ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər." Bir cümlə bu qədər haqlı olmamalıydı. Bir dostluq bu qədər səmimi və məsum ola bilərmi? Biz bəlkə də 'yox' cavabını veririk bu sualan. Amma yazar kitabında bu sualın cavabını 'ola bilər' olaraq vermişdir. Dostluğun ən sadiq, ən məsum halı Həsən obrazında təsəvvür edilmişdir. Kaş heç bu qədər məsum olmasaydı. Oxuduqlarımdan sonra bunu o qədər ürəkdən istəyirəmki. Kaş onu incidənin cəzasını versəydi, dostunun onun kimi olmadığını anlasaydı və bu qədər sadiq olmasaydı. Bəs Əmir sonda özünü rahat hiss edə bildimi? Həsənə olanlara göz yumdu, bəs Söhraba? Sözlərim, bu cümlələr kitabı anlatmaq üçün əslində çox sadədir, yazılanların hiss etdirdikləri daha ağır, daha çətindir. Əslində diqqət etsək kitab ümumi mənada səssizlik üstünə qurulub sanki. Olanlara qarşı hər kəsin səssiz qalması... Əmir və Həsən, Söhrab, Baba, Əli.. "Əfqanıstanda uşaq çoxdu, uşaqlıq yoxdu.." ~ ağır bir həqiqət.
Uçurtma Avcısı
Uçurtma AvcısıKhaled Hosseini · Everest Yayınları · 2021164,5bin okunma