Müasir dövrdə sağ yarımkürəyə aid fəaliyyət və məşğələlərə lazımınca əhəmiyyət verilmir. Nəticə olaraq, yalnız dərs oxuyan, təhsil hədəflərinə köklənən, lakin duyğu və düşüncələrini ifadə etməkdə çətinlik çəkən aqressiv və eqoist bir nəsil formalaşır (Striker, 2005:80). Rəsmə, musiqiyə, incəsənətə lazımınca dəyər verilmədikdə duyğularını ifadə edə bilməyən, hissiz-duyğusuz uşaqlar böyüyür.