nera

nera
@supernecati72
psy1
baku
hospital, 6 Temmuz
13 okur puanı
Kasım 2021 tarihinde katıldı
8/10
·384 syf.··
2023 9. kitabı
·
7 günde okudu
·
Okunma: 11 Ağustos 2023 14:48
Kitab çox axıcıdır və hissələr də qısa olduğu üçün adam dayanmadan oxumaq istəyir, yəni bir dəfəyə oturub, bitirilə bilər. Hadisələr "stabil" davam edir, amma dediyim kimi axıcı olduğu üçün oxuyarkən sıxılmazsınız. Son hissələr də artıq hadisələrin üstü açılır və stabil olmaqdan çıxır. Kitabı oxuyarkən ağlıma bütün - məntiqli, məntiqsiz - ehtimalları gətirirdim və bir hissəsi təxmin etdiyim kimi oldu, amma, əlbəttə "bir hissəsi". Heç gözləmədiyim bir sonluqla bitdi. Upuzun danışmaq istəyirəm, amma spoiler olar deyə, heç nə deyə bilmirəm, qısaca oxunmağa dəyər başqa bir kitab daha!
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,9bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
9/10
·428 syf.··
Beğendi
·
2023 4. kitabı
·
12 günde okudu
·
Okunma: 01 Temmuz 2023 21:02
Kitab məncə möhtəşəm idi. Hiss etməli olduğum qorxu hissini tamamilə hiss etdim (oxuyarkən tüklərim biz-biz olur, gözümdən yaş gəlirdi). Və kitab gözlənilməzliklərlə doludu-ən azından mənim üçün. Kitabı oxuyursan və deyirsən ki, "Hə, "Qara adam" budur!" sonra görürsən ki, yox, o deyilmiş, sonra təkrar şübhələnirsən, təkrar və təkrar. Və sonda gözlənilməz bir formada kim olduğu ortaya çıxır, hadisələrin üstü bir-bir açılır. Əminliklə deyə bilərəm ki, kitab çox axıcıdır, adamın oxuduqca oxuyası gəlir. Amma qorxuncdur, bir ara Ellendən çox mən qorxurdum, sanki mənə nəsə olacaq. Fikrimcə "gizem" dolu kitab oxumaq istəyirsinizsə, bu kitabı oxuya bilərsiniz, çünki həqiqətən oxunmaya dəyərdir! -spoiler- Məni 40 yerimdən bıçaqlayan yerlər: 1. Krisin ölümü 2. Markın bir də Ellenin yanına qayıtmaması 3. Ellenin sonda "Adım Laradır" deməyi:(( Mənim üçün o həmişə Ellen olaraq qalacaq.. Ağlımda sual olaraq qalan yerlər: 1. Ellen necə döyülmüşdü? Yəni tamam klinikanın altındakı yerdə şok falan verilməmişdi sadəcə özü elə düşünmüşdü, amma yaraları gerçək idi axı, özü özünü döymüşdü? 2. Ziqmund necə öldü? Onu da özü elədi? Axı niyə bu qədər şeyə ehtiyac duydu??
PsixiatrWulf Dorn · Yay Neşriyat · 201811,5bin okunma
8/10
·334 syf.··
2023 3. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Haziran 2023 21:50
"Sənə deyəsi o qədər sözüm var ki..." kitabın adını ilk oxuduqda məncə hamının ağlına kitabın mövzusunun "sevgi" olduğu gələr və ya kitabı ilk oxumağa başlayanda bir "detektiv" kitabı kimi görünə bilər, amma bu qədər deyil, kitabda o qədər mövzuya toxunulur ki, bir sözlə kitabı ifadə etmək qeyri-mümkündür. ↓spoiler↓ Kitab haqqında danışmaq yerinə səhvən kitabın özünü danışmışam. (Yazdıqdan sonra silməyə əlim gəlmədi.) Kitab Lidiyanın anası Merilinin kiçikliyi ilə başlayır. Onun anası hər zaman ona bir evdar qadının necə olması ilə bağlı öyüdlər verir, amma Merilin bunları heç vaxt dinləmir, çünki o anası kimi ev işləri ilə məşğul olmaq istəmirdi, çünki o anası kimi bir ər tapıb bütün ömrü boyu ona qulluq eləmək fikrində deyildi. Merilin həkim olmaq istəyirdi və bunun üçün çox çalışırdı. Amma bir gün dərslərinə bir çinli müəllim girir, tələbələrin bir çoxu ona qəribə gözlərlə baxıb bir müddət sonra sinifi tərk eliyir, amma Merilin axıra qədər oturur və dərs bitdikdə həmin müəllimin-Ceymsin otağına gedir. Daha sonra Lidiyanın atası Ceymsin həyatından danışılır. Atası həmişə çinli olduğu üçün ətrafındakılar tərəfindən qeyri-etik sözlər və hərəkətlərə məruz qalır və o həmişə digərlərindən fərqli olduğu üçün özünü pis hiss edir. Sonra Merilin və Ceyms evlənirlər və oğulları Natan doğulur. Üç il sonra isə Lidiya anadan olur. Lidiya 5 yaşında olana qədər hər şey normal olur, ancaq bir gün anaları her şeydən peşman olur-evlənməyindən, iki uşağının olmasından, tamamilə ev işləri ilə məşğul olmağından, bir sözlə, eyni anasının ondan istədiyi kimi bir həyat yaşamağından. Sonra öz istədiyi həyatı yaşamaq üçün evdən qaçır, iki ay müddətində dərsləri ilə məşğul olur, lakin yenə hamilə olduğu xəbərini alır və artıq evə qayıtmalı olur. Artıq özünü yox qızını oxudub, həkim
Sənə deyəsi o qədər sözüm var ki…Celeste Ng · Fabula Kitab · 20211,399 okunma