“Bir nəfəsə bitirdim” - demək istəyərdim, amma olmadı.
Oxuduqca nəfəssiz qalırdım.
Bilmirdim, yazılanların yaratdığı boşluğa düşürdüm, ya öz yaratdığım?
Tək bildiyim, bir daha dram oxumayacağam…
Ah J., xəyali bir obrazsan, amma o qədər oxşarlıqlarımız var.
Bəzən, romanın içinə girib icazənlə səni qucaqlamaq, “Burdayam, yanındayam”
demək istəyirdim. Özünə etdiyin haqsızlıqlara dözə bilmirdim, bir tərəfdən də özümə etdiyim haqsızlıqları mənə göstərdin…
Qarışıq anımda qarşıma çıxdığın və mənə ayna olduğun üçün, tək olmadığımı dolayı yolla göstərdiyin üçün təşəkkürlər, J.