Səni kənardan narahat edən baş verənlər sənə özündə qalmalı olduğunu təlqin edir. Özündə qalanda - öz fikrin yalnız özündə olanda və yayınmayanda kənardakı hər şey sönüb gedəcək
İnsan özündən çıxandan sonra hadisələri başa düşməkdə çətinlik çəkir və ona müxtəlif mənalar, şərhlər verməyə başlayır - Sonra anlayacaqsan ki, bütün bu olanlar Onunla sənin arandadır və s.
Özündən baxış işıq yaradır və yolu görürsən.. Məsələn, bədən ruhun miniyidir.. Digər vasitələr bədənin işini yüngülləşdirmək üçündür, beləcə əhatə edən dairələr qat-qat artır. Mərkəz isə Sən.. Sən Özündəsənsə, hər şey səndə və sənə xidmətdə..
Zamanı yavaşlatmaq, anı yaşamaq.. ehtiyacları minimum etmək.. fikirləri atmaq.. yalnız bir musiqinin notları arasına özünü buraxmaq, güvənərək.. necə ki daşın torpağın arası ilə axan su kimi, hər şeyin öz yolunu tapmasına izn vermək..