syuard

syuard
@syuard
Turquia
Aserbaidschan
15 okur puanı
Şubat 2018 tarihinde katıldı
Ya da göy üzündə bulutların ötüb keçməsi kimidir.. buludun kölgəsi və bəzən arasından yayılan günəşin şəfəqi.. hərdən də sönüb gedən son közərti.. İlahi, necə izah edim izah edən kəsi.. necə təsvir edim, yaradanı.. İlahi, nə yaxşı ki, varsan...
Reklam
İlahi, günəşin bir parçası buz bağlamış çayın üzərinə düşərkən, buzun əksində görünən göz qamaşdıran işıq.. bax bütün bu ziddiyyətlərin yaratdığı füsünkar mənzərədir bizim birliyimiz.. Sənin işığındır həyat..
İlahi.. Səni düşündüyüm zamandır cənnət vaxtı, Səni xatırladığım.. Sənin nurundan bir parça qəlbimə düşüb məni isitdiyi, hər şeyin gözəl, aydın, duru göründüyü vaxtdır, birlik və əminlik vaxtı...
Ey bütün gözəlliklərin vəsf etdiyi!...
Yaşayırsan.. və bu, böyük bir nemətdir
Reklam