Necə deyərlər, suyu bir nəfəsə içən kimi, bir nəfəsə oxudum ( 5 saat diqqətimi yayındırmadan diqqətlə və həddən artıq maraqla). Çox az hallarda kitabı bu sürətə oxuyub bitirirəm, çoooox maraqlı kitab olanda belə olur. Fəlsəfə ilə maraqlanmağa yenidən başladığım üçün, bu səfər fərqli fəlsəfi kitablar oxumağı düşünürdüm, atamın şəxsi kitabxanasında fəlsəfə rəfinə göz gəzdirəndə bu kitabla rastlaşdım ( əslində görmüşdüm ama marağımı cəlb etməmişdi) və oxumağa başladım. Kitab, sadəcə möhtəşəm! fəlsəfə ilə maraqlanan hərkəsə tövsiyə olunacaq bir kitabdır və çooox maraqlıdır.
Müəllifin qeydi: Mənim kəşfimin məlum dinlərin heç biri ilə əlaqəsi yox idi. İddia etməyəcəm ki, həyatımda Tanrı ilə şəxsi görüş baş verib və ya qeyri-adi, möcüzəvi təcrübə keçirmişəm. Bir sözlə, mən Tanrıya imanla deyil, zəka yolu ilə gəldim.
Əlavəm: Şəhid Mürtəza Mütəhhəri də bunu qeyd edirdi ki, yaradıcı ( din) mövzusu elmlə ziddiyyət təşkil etmir, əksinə elm sayəsində daha da yaxın tanış olmaq olur ( yaradıcı ilə). Və əlavə onu da deyim ki, filosof Mürtəza bildiyiniz yalançı və şablon ilahiyyatçılardan deyil, öz sahəsində( və ümumiyyətlə) olduqca çooox savadlı və bilikli ilahiyyatçı olmuşdur.
Yanılmışam Tanrı varmış kitabının müəllifi də bunu kitabında qeyd edirdi.( Ki buda məlum edib ki, mən tanrıya imanla deyil, zəka yolu ilə gəldim).
Əlavəm: Yenilik qatmasada, bəzi düşüncələrimin təsdiqləyicisi oldu və bu mənə rahatlıq bəxş etdi:)