Bu kitabı izah etməyə hansı nöqtədən, hansı nüansdan başlayım, sözün doğrusu, bilmirəm. Hələ də təsirində olduğumdan mı, hələ də o şok edici sonluğu həzm etməyə çalışmağımdan mı bilmirəm, amma izah etməyə sözləri tapa bilmirəm. Bu necə bir kitab idi belə? Bəlkə də deyə bilərəm ki, həyatımda oxuduğum bütün kitablar arasında ən gözəl sonluğa malik, ən çox mənə məna qatan kitab idi. Hikmet Anıl Öztekinin özünü axtarmaq, daha doğrusu özünü axtarmadan sadəcə tapmaq üçün yola çıxdığı o səyahətində biz də onunla birgə doyunca Avropanı gəzmiş kimi olduq. Kimi vaxt xaricilərdən dinlədik hekayələr, kimi vaxt Hikmet bizə "Aşk Çemberi" kitabını oxudu, kimi vaxt da James'in həyatında baş verənlərin şahidi olduq. Professor və James, mənə görə tam bir ata-oğul münasibətini bizə göstərir. O söhbətlərin dərinliyini sanki yanlarında üçüncü şəxs kimi biz də oxuyur, düşünürük. Sadəcə oxunmağa dəyər bir kitab olduğunu düşünürəm. Mənə bu kitabı tövsiyə edən insana da xüsusilə təşəkkür edirəm.
Kitabı da bəyənəcəyinizə 100% əminəm :)