- Mikayıl, insanlar çox axmaqdır. Onlar bu qədər
möcüzələrin içində yenə Allahın özünü görmək istəyirlər.
Axı onlar bilirlər ki, görsələr də ona inanmayacaqlar. Insanların gözü yox qəlbi kordu. Onlar o qədər günahın
içində batıblar ki, gözləri qadın və içkidən başqa heç nə
görmür. Onlar bizim kimilərə maymaq kimi baxırlar. Elə bilirlər ki, biz göylərdə uçuruq. Onlar isə yerdə kef eləyir
həyatın qanunları ilə yaşayır. Amma əslində biz imtahan
günü dərslərini yazan əlaçı uşaqlar kimiyik. Həmişə arxa
partada oturanlar qabaqdakıları dolayır, onları ağılsız
adlandırırlar. Deyirlər ki, dərs oxumaqdansa get gəz, kef
elə həyatın dadını çıxar. Amma əsl həyatın dadını elə
həmin əlaçılar böyüyəndən sonra çıxarır. Bunu onlar heç
vaxt başa düşməz. Onlar bizim qıldığımız namazı
dolayırlar. Onlar bizi aşağılayırlar ki, siz kiminsə
qabağında əyilirsiniz. Bəs onlar özləri, özləri kimlərin qabağında əyilmir? Müdirlərinin, polislərin, fahişələrin, pulların, paltar firmalarının, avtomobillərin, onlar hətda
ev küçüylərinin də qarşısında əyilir. Amma biz təkcə
Allahın qarşısında əyilirik.