Türkan

Türkan
@trknsmnva
Ne zaman bir kitap açıp okusan bir ağaç gülümser ölümden sonra yaşam olduğunu bilen. -Serkan Karaismailoğlu #156757652 Kalbinizin raflarına kitaplar dizin
5/10
·64 syf.··
2022 14. kitabı
Mövzu seçimi yaxşı olsa da, ümumən, kitabı bəyənmədim. Səhifə sayı az idi deyə, bitsin deyə oxudum sona qədər və ən azından sonda gözləntilərimin yarısını belə qarşılayar deyə ümid var idi içimdə, amma olmadı. Çox yavan dillə anladılmış, çatdırılmaq istənən fikri tamamlaya bilməmiş və oxucuya keçirə bilməmiş bir kitab oldu mənim üçün. Dediyim kimi, mövzu yaxşı idi, ancaq, yaxşı anladıla bilsəydi...
Evlilikte Ufak Tefek CinayetlerEric Emmanuel Schmitt · Mitos Boyut Yayınları · 2008355 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·352 syf.··
Beğendi
·
2022 5. kitabı
·
17 günde okudu
·
Okunma: 02 Şubat 2022 20:01
İki üstəgəl iki heç vaxt beş'ə bərabər deyildir! Möhtəşəm bir kitabdı, biz insanlar gerçəkləri görməkdən qorxur, qaçır, sistemin köləsi olduğumuzun fərqinə belə varmırıq. Gözümüzü açmaq üçün varlar belə kitablar, bu cür yazarlar. "Heyvanıstan"ı oxuduqdan sonra iki kitab arasındakı möhtəşəm əlaqəni gözdən keçirəndə, heyvanlardan fərlənmədiyimizi, insan olmaq üçün doğulub, əvəzində sistemin köləsi olub bu Kainatın bağırsaqlarındakı mikrob kimi şüursuzca çoxalaraq içdən içə Dünyanı məhv edərək yaşayırıq, yaşamağa məcbur qalırıq. Onlar 2+2=5 deyirlər, bəzən özümüzü də aldadaraq, bəzən elə olmadığını özlüyümüzdə bilərək qəbul edir, beynimizin hər bir yerinə yazırıq. Onlar istədikdə iki üstəgəl iki beşə də bərabər olur, üçə də. Yazar qışqıra-qışqıra qış yuxusundan oyanmağa çağırır insanlığı, insanlığın gözü kor, qulağı kar...
1984George Orwell · Can Yayınları · 2023200,1bin okunma
10/10
·392 syf.··
Beğendi
·
2021 7. kitabı
·
16 günde okudu
·
Okunma: 05 Haziran 2021 11:06
Mənim üçün, bir kitabın son səhifəsini, son sətirlərini oxuyarkən, bitirib qapağı örtdükdən sonra, o kitab bir müddət solğun- solğun divara baxdırmırsa, hələ axtardığım hekayə deyildir. Lakin, Martin İden.. Həyat gec- tez istədiyimizi verir, əzm etmək, çalışmaq lazımdır. Amma, nə qədər gec? Versə belə, əvvəlki istək qalmadıqdan sonra nə yararı olar ki? İnsanın həyatında ən azından biri olmalı, inandığı, üzərində çalışdığı şeylərə gedən yolda əlini möhkəm tutub, varlığıyla güc verəcək biri. Pul, şan-şöhrət, ad-san nə qədər önəmli idi ki? Sevgindənmi? Canındanmı?. Sonrakı peşmançılıq kitabımızın qəhrəmanları üçün də fayda vermədi, olan Martinə oldu.. Kitab o qədər dərin izlər buraxan bir kitabdır ki, təsirindən çıxmaq çətin olacaq deyə düşünürəm. Nələr yox idi ki, içərisində.. Əsl dostluq, əsl sevgi anlayışı, əzm, güc.. Sanki Martinlə birgə ətrafımdakı insanlara, həyata baxış bucağım dəyişdi. Dostluğa, sevgiyə, kitablara, "mən" olmağa. Bir şey səni əvvəlki qədər xoşbəxt etmirsə, əvvəlki qədər üzə də bilməz. Vaxtı gəlmişdir bəlkə də mənim də itirmək qorxusunu həyatımdan atmamın..
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2025135bin okunma
10/10
·420 syf.··
Beğendi
·
2021 1. kitabı
Mənim payım.. Bəs bizim həyatdan payımız nədir? Bu pay ürəyimizcədirmi, həyatda bizi daha nə paylar gözləyir?.. Məsumənin həyat payı nə qədər acınacaqlı, kədərli, qəhərlə dolu olsa da, qətiyyəti, gücü, bir ana kimi sarsılmazlığı bir o qədər ibrətamiz idi... Kitabı oxumaq fikrim çoxdandır olmasına baxmayaraq, nədənsə önyarğı var idi içimdə, ərtələyirdim. Nəhayət, sonunda oxudum və indiyəcən oxumamış olmağımın üzüntüsünü çəkirəm. Sanki, 16 yaşıma qayıtdım, oxumağıma icazə olmadı, sevgim ürəyimdə qaldı, dostumdan ayrı düşdüm, üzünü görmədiyim biriylə zorla evləndirildim, intihara girişdim, ölə bilmədim və nə qədər çətinliklər... Dəhşət içində oxudum, oxuduqca yaşadım sanki hər birini.. Ama kitabı bitirib bağlayanda, qalib bir qadın kimi hiss etdim mən də. Qadın olmağın günah olduğunu düşünən bir cəmiyyətdə, ailədə, dimdik ayaqda durmağı bacarmışdı Məsumə. Bir daha qadının gücünü göstərdi bütün dünyaya onun həyat hekayəsi. Tək eşqini, övladlarına qurban verəcək qədər güclü idi.. Hər kəsin, xüsusuilə, hər qadının oxuması gərəkən möhtəşəm üstü bir həyat hekayəsi. Onun həyatı, kədərlərlə dolu, gerçək bir həyat idi.. Əlimdə olsaydı da, illər öncə 16 yaşlı Məsumənin əllərindən tutub düşdüyü bataqlıqdan çıxara bilsəydim kaş..
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,406 okunma
10/10
·586 syf.··
Beğendi
·
2020 5. kitabı
Qaraqanın bütün kitablarını böyük həvəslə oxuyuram və oxuduğum heç bir kitabı mənə "kaş oxumazdım, və ya sadəcə vaxt itkisidir" dedirtməyib. Ama, bu kitabı bir fərqli idi.. İnsanın özüylə, inancıyla təkbətək qalıb, içindəki inancı sorğulayıb, dərk eləməsini təmin edən möhtəşəm bit kitab idi. Kitabı çox öncələrdən, pdf formatında oxumuşdum və nə üçün kitabının çap olunmadığı barədə həmişə düşünürdüm. Ancaq, sonradan Qaraqanın bir müsahibəsində "Xalq buna hazır deyil" deməsi daha da düşündürmüşdü məni ta kitabı oxuyanadək. Dini inancı, iradəsi zəif olanlara bəlkə də mənfi təsir edə bilər, amma, kitab əslində, var olan inancı daha da möhkəmləndirməyə xidmət edir. Ən azından məndə belə təsir yaratdı. Özündən əmin olan hamının oxuması gərəkən, möhtəşəm bir əsər idi..
Şeytanın KitabıQaraqan · 2020686 okunma