Aqil Adilli

Aqil Adilli
@uchparalel
Bakı
Şəki, 16 Haziran
49 okur puanı
Ocak 2024 tarihinde katıldı
360 syf.
7/10 puan verdi
·
8 günde okudu
Filosoflar haqqında məlumat? Buyur, ala bilərsən
Nigel Warburton
Nigel Warburton
ın "
Felsefenin Kısa Tarihi
Felsefenin Kısa Tarihi
" əsəri sizə fəlsəfəyə giriş üçün oxumağınızı tövsiyə edə biləcəyim kitablardandı. Filosoflar haqqında bir az dayaz olsa da, məlumat verir, onların düşüncələrini izah edir yazarımız. Sokratdan tutaq, Peter Singerə kimi bütün filosoflardan məlumat almaq üçün kitabı oxuya bilərsiniz. Ancaq fəlsəfəni bilənlər üçün kitab çox da maraqlı gəlməyəcək, çünki bir çoxu bildiyi şeylər olacaq. Xoş mütaliələr, gələn yazılaradək...
Felsefenin Kısa Tarihi
Felsefenin Kısa TarihiNigel Warburton · Alfa Yayıncılık · 20207bin okunma
Reklam
228 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Yaponların uzun və xoşbəxt yaşamasının sirri
Kitab mənim çox sevdiyim kitablar sırasına daxil oldu. Belə ki, bunu oxuyan kəslər deməli həyatında nəyisə dəyişməyə cəhd edir, nəsə boşluq hiss edir, nələrinsə düz getmədiyini anlayırlar. Kitab sizə həyatı necə daha dəyərli edə biləcəyinizi, uzunömürlülüyün və xoşbəxtliyin açarını necə tapacağınızı danışır. Bunun üçün də tövsiyələr verir.
İkiqay
İkiqayFrancesc Miralles · Bakı, Teas Press Nəşriyyatı · 202419,3bin okunma
150 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Çox sevdiyim o şairin axtardığım o kitabı...
Baxdım ki, bu kitab haqqında sadəcə bir nəfər incələmə yazıb, o da bir neçə cümlə. Amma bu kitabı bir neçə cümlə ifadə edə bilməz. Çox sevdiyim şairlərdən olan
Ali Khayyam
Ali Khayyam
ın qələmindən tökülən o möhtəşəm şeirləri insanı oxuduqca valeh edir, böyük bir təsir yaradır, dərin bir iz qoyur. Kitabdakı bəzi şeirlər onun "MadHouse Community"də olarkən və yaxud da sonralar albom daxilində və "single" şəklində paylaşılıb. Hamısını dinlədiyim, hətta bir neçəsini də səhifəmdə "ileti" kimi paylaşdığımdan bəzi hissələr artıq tanış idi, amma təkrar oxumağa da dəyərdi. Şairin məcazları, bənzətmələri insanı valeh edir, ayrılıq həsrəti, vətən sevgisi, ata ilə yaşana bilməmiş günləri, dostlarına müraciəti, anaya olan müraciətlər, kədər hissinin tərənnümü və s. bu kimi şeylər kitab boyunca bizə yoldaşlıq edir və qəribə hisslərin bizə hakim kəsilməsinə səbəb olur. Şeir kitablarını heç sevməyən biri olaraq deyirəm, bu kitab elə tez bitir, elə də uzun müddət təsir edir ki... Mənsə sizinlə sağollaşıram, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər!
Bulud Bağçaları
Bulud BağçalarıAli Khayyam · Zero Nəşriyyatı · 201445 okunma

Okur Takip Önerileri

Tümünü Gör
292 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
"Sizi özünüzdən başqa heç kim daha bacarıqlı edə bilməz"
Anlayaraq oxumağa çalışdığım üçün çox vaxtımı apardı. Görünür ki, həqiqətən bu kitabın faydası var. Bu kitabın hələ yarılarında ikən kitabda olan məlumatları danışıqlarımda istifadə etdim və həqiqətən faydasını gördüm.
"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar
"Hə" cavabına gedən yol. Məğlubiyyətsiz danışıqlar
kitabı müasir dövrümüzün əsas biznes kitablarından hesab olunur. Bizneslə yanaşı bütün səviyyələrdə həyata keçirilən danışıqlarda insana yardım əli uzadan bu kutab milyonlarla insana danışıqlarda kömək edib. Kitab boyu bir neçə əsas müddəa təhlil olunur, bunların dəyişdirilməli olduğunu fakt, nümunə və açıqlamalarla izah edir. Kitabı oxuduqca addımbaaddım: ● mövqelərə deyil, maraqları köklənməyi; ● hər kəslə hər bir səviyyədə uğurlu danışıq aparmağı; ● insanları problemdən ayırmağı; ● yaradıcı bir həll yolu tapmaq və bunun üçün birgə işləməyi öyrənəcəksiniz. Amma başlıq seçdiyim, kitabın sonunda da verilən həmin cümlə ilə qeyd etmək istəyirəm ki, ancaq siz özünüzü daha bacarıqlı edirsiniz. Bu kitabı oxuyub kənara da ata bilərsiz, qismən, ya da tamamilə həyatınıza tətbiq edə bilərsiniz. Amma fərqi özünüz də hiss edəcəksiniz. Gününüz gözəlliyə, ömrünüz kitablara... Oxuduğunuz üçün təşəkkürlər.
327 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Nə qədər vaxt keçib bilmirəm, amma hələ də təsiri qalıb.
Kitabı artıq bir aydır ki, oxumuşam. Ancaq incələməsini indi yazmaq istədim. Kitab baş qəhrəman Bendy Vuenin şizofreniya xəstəliyi ilə yaşadığı həyatını danışır. Kitabın əsl həyat hekayəsindən götürüldüyünü eşidəndə təəccübləndim doğrusu. Şizofreniya xəstəliyini bilməyən az adam var. Amma yenə də açıqlayım. Sadə olaraq belə deyə bilərik ki, dərin depressiyadan yaranan bu xəstəlik özüylə bərabər dərin təxəyyül də gətirir. Belə ki, siz olmayan şeyləri görə, olmamış hadisələri yaşaya, olmayan şəxslərlə danışa bilərsiniz. Bu şizofreniyanın ən çox bilinən xüsusiyyətləridir. Şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bizim Bendy-miz də bundan əziyyət çəksə də, əsər boyu biz bunun fərqinə varmırıq. Sonda bunları öyrəndikdə həddindən artıq təəccüblənir, baş verənlərin bir təxəyyül olmasını və reallığı öyrənəndə böyük bir şok keçirir, hətta duruxsunub qalırıq. Həmin anı mən tam bir "qırılma anı" adlandırıram. Kitab bitdikdən sonra qəribə hisslər yaradır, öz təsirində uzun müddət saxlayır. Bir insanın nələr yaşaya biləcəyi, nələr edə biləcəyi haqqında geniş bir təfərrüatla danışır.
Oar
Oar
ın qələmundən çıxmış bu kitabı oxumağınızı tövsiyə edir, hətta təkid edirəm. Hələlik, əziz oxucular. Gününüz gözəlliyə, ömrünüz kitablara... Növbəti yazıda görüşənədək.
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017484 okunma
Reklam