Vekalet Necefli

9/10
·90 syf.··
Beğendi
·
2024 18. kitabı
·
11 günde okudu
·
Okunma: 27 Şubat 2024 21:17
·
Normalda 1-2 saata oxuyub bitirməli olduğum kitabı yarı yolda,yarı dərsdə,yarı işdə,yarı bəmdə yarı zildə axırki oxuyub bitirə bildim. Oxuyub təsirlənməmək mümkün deyil.Kitabın başından axırına qədər ölüm səbəbinin nə olduğunu tapmağa çalışırdım.Amma yazar bir səbəb göstərməmiş.Fikrimcə səbəbin elə bir mənasıda yoxdur.Heç kəs həyata yaxşı,pis,cani oğru,olaraq gəlmir.Hər kəs yaşadığı,gördüyü və olduğu mühitin nəticəsidir.
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,5bin okunma
Reklam
6/10
·200 syf.··
Beğendi
·
2024 8. kitabı
·
6 günde okudu
·
Okunma: 03 Şubat 2024 00:23
Əsər Lissabondan Vyanaya yola düşən bir fil və onun baxıcısı Subhro'nun maraq dolu səyahətindən bəhs edir.Bir az durğu işarələrinin düzgün işləməməsi göz ağrıdan idi amma oxuyarkən insanı təsirində saxlamağı bacaran kitabdır. Saramagonun oxuduğum 2-ci kitabıdır.Yazı tərzi ilə qələmi gözümdə güvən qazanan yazarlardan oldu.Bundan sonrakı kitablarınıda mütləq oxumağı düşünürəm.
Filin YolculuğuJosé Saramago · Kırmızı Kedi Yayınevi · 20213,580 okunma
3/10
·160 syf.··
2024 7. kitabı
·
35 saatte okudu
·
Okunma: 29 Ocak 2024 09:24
Şah əsər olduğunu və hər kəsin ən az bir dəfə oxumalı olduğunu inkar etmirəm.Amma bu mənim bir az ürəyim sıxıla-sıxıla oxuduğum bir kitab oldu.Ümumiyyətlə Verter məni çox əsəb edən obraz idi.Adam axmaq olar ama bu qədərdə yoxda.Nə qədər içimdə öz özümə: Tərs olma indi sevirdə gəl empaty qur deyib özümü məcbur etməyə çalışsamda heç cür Verterlə bir empaty qura bilmədim.Əsərdə ən çox sevdiyim şey isə Hötenin Verterlə bərabər fərqli fikirlərə sahib olan obrazlar yaradıb oxucusuna seçim şansı verməsi idi. Əslində Höte Verterin diliylə öz platonik sevgisi Charlotte Buff-a olan eşqini ifadə edir.Verterin ölümünüdə başqa bir dostunun evli qadına aşiq olub özünü öldürdüyündən götürüldüyü deyilir. Hər kitabın öz oxucusu var.Bu kitabın oxucusu mən olmasamda bu cür gözəl təsirli əsərləri sevən oxuculara tövsiyə edə biləcəyim bir əsər oldu.
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0150bin okunma