Mən o çamadanı toplayanda hələ köçəriliyə imza atdığımın fərqində deyildim. Mənim həyatımın çamadan dövrü başlayırdı.
İnsanın qorxuları mütləq özündəki çatışmazlıqdan qaynaqlanır. Yola çıxan səyyahın qorxusu tanımadığı yol və uğursuz səfərlə bağlı olar. Yanacagı bol, qaçaq mal aparmayan, getdiyi yerde yaşayacaq yeri olan birisi niyə qorxsun ki?!