Vidadi Ahadov

Vidadi Ahadov
@vidadiahadov
Teknik ofis mühendisi
İnşaat mühendisliği
Sumqayıt
Sumqayıt, 14 Şubat 2000
17 okur puanı
Kasım 2024 tarihinde katıldı
Ailə, eşq, hüzn, vüslat
Puan vermedi·216 syf.··
2024 1. kitabı
·
32 günde okudu
·
Okunma: 26 Aralık 2024 22:52
Davamlı olaraq oxuduğum, sevdiyim və ən tez bitirdiyim kitab oldu bəlkə də. Alıntılarda da bəlirtdiyim üzərə məni cəlb edən tərəfləri daha çox xarakterlərin baxış açısı idi. Özəlliklə Fesleğenin atasının qızıyla olan bağlılığı, təskin edici sözləri, qızı ona dərdini danışmadan atasının onu təskin etməsi, Seyyahın da qızın atasına bənzəməsi, eşqi üçün uzun məsafələr qət edib Fesleğenin atasının sahhaf dükanında yetişdirilməsi, anasının yeni evlənmiş xanıma analığın tərifini anlatması tərifini anlatması çox gözəl idi, atası və anası Allahın ona verilmiş ən gözəl lütfüdür. İnsanın ailəsindən uzaq qalması çox çətindir, Fesleğen kimi hələ tələbə ikən Konyadan İstanbula 1il üçün getməyi, hələ belə bir ata, anadan uzaq qalmaq sanki sudan çıxmış balıq kimi hiss etdirər. Eşqə gəlincə "Romeo ve Juliet" və "Leyli və Məcnunun" eşqinin arasındakı fərq detayları gözəl idi, eşq qətiyyən kinolarda göstərilənlərə bənzəmir, qəlb öncə Allah sevgisiylə dolmalıdır, qulunu da Allahın razı olduğu şəkildə, həddi aşmadan, Allah üçün sevməli, dünya üçün sevənlərin kitabda da söyləndiyi kimi işləri yaxşı getmir, çünki sadəcə dünyəvi ehtiyacların qarşılanması həqiqi eşq deyil, eşq dediyin sənin axirətini qurtaracaq birisidir. Eşq qədərimizdir, Allah diləməsə, qul diləyə bilməz.Təsadüf deyə bir şey yoxdur, Hərşey Allahın təqdiri, təvfiqi ilə olur, təvafüqləri, vəsilələri O yaradır. Allahın buyurduğu kimi "hər çətinlikdən sonra asanlıq vardır" ayəsinin örnəyini bu kitabda da görmüş oldum. Öncə Hikmet Anıl Öztekin bəyin EyvAllah kitabını oxumaq lazım imiş, inşəAllah nəsib olsa çox istəyərəm durumu onun tərəfindən də dinləməyi ))
FesleğenHikmet Anıl Öztekin · Hayy Kitap · 201717,2bin okunma