Bu necə bir volume idi :'( Heç bitsin istəmirdim. O qədər mükəmməl idi ki, sözlərlə necə ifadə edim bilmirəm belə. Net animesindən daha yaxşı idi manga. Sonluğun açıq ucla bitməsi hələ...
"A Silent Voice" sözün əsl mənasında səssizcə atılan qışqırtı hissi yaratmağı bacarıb. Bunu deyirəm, çünki filmdə də həm Shoyanın peşmanlıqları üzündən üstündə qalmış olan bütün vicdani yükün ağırlığının yaratdığı səssizlik, həm də Shoukonun fiziki olaraq danışa bilməməsi bu adla çox yaxşı çatdırılıb. Buna baxmayaraq mən filmin orjinal adı "聲の形", yəni "The shape of voice" adını daha çox sevirəm. Səsin özünü səs dalğası olaraq vizuallaşdırmağı bir kənara qoysaq, səsimiz, sözlərimiz, fikirlərimiz fərqli və ya yanlış interpretasiya oluna, anlaşıla bilər. Burada da obrazların bir-birinə olan münasibətinin fərqliliyini, sanki bir növ fərqli "biçimdə" başa düşüldüyünü görə bilərik. Shoyanın keçmiş hərəkətlərinin lənəti böyüyəndən sonra belə onu rahat buraxmırdı. O özünü inkişaf etdirib dəyişdirmiş olsa da.
Filmini ilk dəfə 2023-cü ilin fevral ayında izləmişdim. Film mənə o qədər çox təsir eləmişdi ki, səhəri gün birdə ingiliscə dublajlı versiyasını izləyib heyran qalmışdım. Yenə izlədim və deyə bilərəm ki, bu dəfə filmi daha fərqli bir perspektivdən ələ aldım. Bunu 2023-cü ildə izləyəndə əsas fokuslandığım hissə Shouyanın yalnızlığı olmuşdu. Çünki o zamanlar dəhşət asosial biri idim və sadəcə 2 şəxs dost deyəcəyim qədər yaxın idi mənimlə. Və o zamanlardakı Zamin filmlərə daha dərindən baxmağı bacarmırdı tbh.
Filmin əsas məqsədi mənim baxışıma görə bu cür insanlara (fiziki məhdudiyyəti olan) qarşı fərqindəlik yaratmaqdan yanaşı olaraq, aidlik hissi, cəmiyyətin linç kültürünün gələcək nəticəsi, bir bullinqin həm zərərçəkən, həm də zərər verənin özü tərəfə olan təsirini göstərmək olub.