Eh, insan niyə ölümsüz deyil axı? Beyinin mərkəzləri, qırışları nəyə lazımdır? Görmək, danışmaq bacarığı, hiss-əhval, zəka... əgər bütün bunlar faniliyə çevrilib torpağın altına gedərək, soyuyacaqsa, sonda, Yer kürəsilə birgə mənasız və məqsədsiz yerə milyon illərlə günəşin başına fırlanacaqsa, - nəyə lazımdır axı?