Qucaqlamağın insana yaşatdığı hissi yalnız bunu yaşayan bilər. Bütün dərdlər unudulub yaddan çıxır, ürəyə müdhiş rahatlıq yayılır, insan elə bil dünyaya yenidən gəlibmiş kimi yüngüllük hiss etməyə başlayır. Yanında sarıla biləcəyin birinin olması bu dünyada insanın sahib ola biləcəyi ən gözəl nemətdir. Onun kim olmasının heç bir önəmi yoxdur. Elə indi yanınızda kim varsa sarılın ona, bərk-bərk qucaqlayın və necə yüngüllük
tapacağınızın özünüz şahidi
olun. Qardaşınızı, ananızı, dostunuzu, atanızı, nənənizi, bacınızı, sevgilinizi, bir sözlə doğmalarınızı vaxt itirmədən
bağrınıza basın. Bir dəqiqə sonra bu şansınızı həmişəlik itirə
bilərsiniz.