— Kitabları sevdiyini bilirdim, amma bu qədərini heç təsəvvür etməzdim. — Kitab rəfinə işarə edərək sözə başladı.
— Onların hamısını oxumusan?
— Əlbəttə ki, yox. Amma əksəriyyəti oxuduqlarımdı.
— Mənə hansı kitabı oxumağı məsləhət görə bilərsən?
Den ayağa qalxaraq rəfə yaxınlaşıb barmaqlarının ucu ilə kitablara toxuna-toxuna seçməyə başladı. Kitablara toxunduqca hardan gözlərini yumur, sanki onların əsrarəngiz abu-havasını daha rahat duymağa can atırdı. Hazırda o, tamamilə başqa, möcüzəvi bir aləmdə gəzirmiş kimi rəfin qarşısında addımlayır, hər kitaba ayrı-ayrılıqda toxunmağa çalışırdı. Elə bil, kitablar ondan inciməsin deyə onların hər birinə eyni dərəcədə diqqət yetirməli olduğunu bilirdi. Yalnız ana övladlarına bu cür nəvaziş göstərə bilərdi.
-Kitabların əvəzolunmaz olduğunu unudursan,dostum.Məncə öz barmaqlarınla təmasda olub onu əllərində hiss etməsən,ürəyə sərinlik gətirən xoş ətrini duymasan kitabın heç bir marağı qalmaz və getdikcə onlar unudulub tarixə qovuşar.Digər tərəfdən ,bu kitablar bəzi insanlar üçün oksigen qədər qiymətlidir.Onunla nəfəs alıb,onunla yaşayır insanların çoxu.Ona görə də kitabların olmadığı dünyanı təsəvvür etmək belə istəmirəm.