Xatire Huseynova

Xatire Huseynova
@xatire
SEV Sən sev, səni sevəni, seçibdi sevgi səni, Sevməyəni sevənlər sevgisidə suçludur.... Sevdiyini söyləyən seçibdi sevgisini, Sevgisin sezdirməyən sevgisində suçludur.... * * * Sevgi, sevib-sevilmək, sevənin sevincidir, Sevgi, sonsuz səxavət, sevdanın sonucudur, Sevgi, sona sərmayə, sabahın sulqucudur, Sevgisin sevdirməyən sevgisində suçludur.... * * * Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???? Sevməyəni sevməyi sədaqətmi sayırsız???? Sevdiyini, sevdirən sevgisində suçludur....
Sayfa 1 - dergi--http://senet.az/gozun-gozu/
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər.... Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər.... * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər.... * * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər......
Sayfa 1 - "GÖZÜN GÖZÜ" https://www.facebook.com/zaur.ustac?pnref=story
"Qızıl dəmirçinin əlində ancaq, Uzağı ən nəfis bir nal olacaq...."
MÜTLƏQ İlahi nurundan pay alan gözəl, Görsən ki, nurundan pay alaq biz də... Lütf eylə, bu səmtə bir, pişvaza gəl, Görsən ki, hərarət qalmayıb, sözdə... Ay Yerin cəzbində, təşnə Günəşə, Bülbül Gülə möhtac, qəfəs nə işə? Adam lap, mat qalır inan, gərdişə, Görsə ki, ötəsi olur yüzün də... Zaur bir, qonaqdı, külli-cahana, Niyəti bəllidi, tək Yaradana, Sürünə-sürünə yetər murada, Görsə ki, taqəti yoxdu dizində...
Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html