Xəyalə

Xəyalə
@xeyalemesi
Arzula, inan, gözlə ️
Tasarımcı
ADRA , ADMİU
Baku
6 Ekim
170 okur puanı
Eylül 2016 tarihinde katıldı
7/10
·168 syf.··
2022 1. kitabı
Bu gün isə sizinlə İskandinav ədəbiyyatına aid olan "Sürətləndikcə kiçilirəm" əsərindən yazacağam Kitab dünya üzərində 20 dən artıq dilə çevrilib. Çap oldunduğu il yazarın bu kitabı "Taryey Vesus debüt kitab" mükafatına laiq görülüb. İnsan yaşamı boyunca həyatı sorğulayır, bu müxtəlif yaş dönəmlərinə təsadüf edə bilər. Lakin baş obraz Matea doğulduğu gündən, ölənə qədər yaşamın sirlərini öyrənmək istəmiş və getdikcə yalnızlaşmışdır. Düşünürəm ki, Matea bir növ zəif xarakterə sahib insanları təmsil edir. Yaşlı Matea ilə gənclik, uşaqlıq döneəmlərinə səyahət edirik. Hərkəsin içində bir Matea vardır. Önəmli olan onunla neçə davranacağını bilməkdir. Kitab o qədər bəsit forma da yazılıb ki, oxuyarkən bu sizi bir növ çaşdırır. Məncə yazıçının da əsas məqsədi, bu bəsitlik içərisində olan qəliz yaşam və ölüm arasında bağı oxucuya çatdırmaqdır. Şiddətlə tövsiyyə edəcəyim əsər deyil. Bəsit yazılsa belə, həddən artıq ağır və düşündürücü məqamlar var.
1000Kitap
Sürətləndikcə KiçilirəmKjersti Skomsvold · Parlaq İmzalar Nəşriyyatı · 20192,310 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
7/10
·76 syf.··
2021 7. kitabı
Bu gün sizlərə Edgar Allan Po imzalı, "Mari Rojenin sirri" kitabından yazmaq istəyirəm. Mən ümumən detektiv, polisiye tərzi kitablara Wulf Dorn ilə başlayıb, Sherlock ilə bitirmişəm. Lakin bu dəfə Poe ilə tanışlığın zamanının gəldiyini düşüb, şəkil də gördüyünüz kitabı əl də etdim. Kitab da olan cinayət, real da Amerika da baş vermişdir. Lakin yazar bu cinayəti Fransaya köçürür. Fransiz gənc qızın öldürülməsi və bu cinayətin ardında olan faktlar o qədər bəsit görünür ki, bu bir növ şüphə yaradır. Bu cinayətin iç üzünü açmaq üçün qəzet məqalələrinə və bir çox mənbələr araşdırılır. Bu cinayətin əsas səbəbləri kiçik detallar da gizlənib. Kitabın "Morq küçəsində qətl" hekayəsinin ardı olduğu qeyd olunub. Lakin oxuduqda hecbir ardicilliq sezilmir. Kitab da olan hadisələr müzakirə olunur və məntiqi ardicilliqla əlaqələndirilməyə çalışırlar. Poe kulliyatı çox qarışıqdır. Məncə ardıcıllıq ilə oxumaq lazımdır eyni zaman da yaxşı araşdırma etmək şərtdir Poe qələmi ilə tanışlıq üçün uyğun kitab deyildir. Detektiv olduğu üçün çox xırda təsvirlərə yer verilib. Kitab 74 səhifə olsa belə o qədər keyfiyyətsiz idi ki, orta hissədə əlimdə parçalandı. Poe tanımağa davam
1000Kitap
Mari Rojenin SirriEdgar Allan Poe · Xan Nəşriyyatı · 032 okunma
Puan vermedi·148 syf.··
Beğendi
·
2021 8. kitabı
Sevgini maddi dəyərlərə satan bir gözəlçə, o gözəlçəni əldə etməyə çalışan fakir amma könlü zəngin bir bəy. Ümumi olaraq hekayəni kənar şəxsin gözündən yox, baş obrazlar tərəfindən oxumaq istərdim. Mənəvi dəyərləri ön planda tutan yazar, dostluq və sevgi haqqinda olan öz fikirlərini dolayı yol ilə çox aydın şəkil də oxucuya çatdırır. Sevgisiz qurulan heç bir bağ'ın əbədi olmadığını, ruhun sonsuzluğunun gərçekliyini bizə aşılayır. Ağır kitablardan sonra oxunan çərəzlik kitab ola bilər .
1000Kitap
Muhteşem GatsbyF. Scott Fitzgerald · Yason Yayıncılık · 201627bin okunma
7/10
·400 syf.··
2021 6. kitabı
·
71 günde okudu
·
Okunma: 21 Haziran 2021 01:11
"keçmiş" həqiqətən keçmiş mi ? yoxsa sadəcə hərfi bir məna mı daşıyır ? Hadisələr 1992 - 2017 ci illər arasında cərəyan edir. Keçmişdən qaça bilmərsən, bu günün keçmişin əsəridir. Bu gün, bu an keçən hər saniyə keçmiş adlı siyahıya yazılır. Etdiyin hər əməl, gələcək üçün bir işıq, bir yol açır. Bu gün, bu gündə qalmır, gələcəyini şəkilləndirir. Və ondan qaçmaq mümkünsüzdür. Zaman keçir dayanmır, keçmiş isə o qədər sürətli gəlib səni tapır ki, imkan vermir unutmağına, onu köhnə səhifələr arasında gizlətməyə icazə vermir. Bir gün keçmişiniz, bir mənalı olaraq bu gününüz sizi gələcək də tapacaq, bu günü elə yaşamalısız ki, gələcək də ondan qaçıb gizlənmək deyildə qol qanad açıb onu qucaqlayasınız. Kitab da keçmişindən qaçdığını düşünən, amma illərə meydan oxuyan o gizli sirrlər yavaş yavaş gün üzünə çıxır. Sevdiyim tərəf isə kitab da olan bəzi obrazların lgbt olması idi. Günümüzdə tabu olaraq qəbul olunan bu tərz mövzular kitab da çox gözəl və aktual şəkildə bir biri ilə əlaqələndirilmişdi.
1000Kitap
Qız və GecəGuillaume Musso · Qanun Nəşriyyatı · 202024 okunma
8/10
·215 syf.··
Beğendi
·
2021 5. kitabı
·
19 günde okudu
·
Okunma: 11 Nisan 2021 01:00
Hərkəs öz daxilində az da olsa bir "Azil" yaşadır. Azil sənin susmayan vicdanın, üzərini örtmək istədiyin acı həqiqətlərindir. Xoşbəxtlik asanddır, sadədir. Nə qədər dayaz olsan o qədər çox xoşbəxt olacaqsan. Həqiqətlər dərindir, səni dünyada və öz doğrularında boğa biləcək qədər dərin... Dostoyevski dövrünün " yeraltı ədəbiyyatı" yazarı adlandırılır. Düşünürəm ki, 21 ci əsr də bu yazarın Hakan Günday olduğunu vurğulamaq olar. Yazarın fərqli üslubunu sevdim. Monotonlaşan mütailələr, yazarlar yerinə, özünüzü kəşf edəcəyinizi, prizmanızı fərqli yönlərə yönəldən yazarlar ilə tanış olmağa daha çox üstünlük verirəm. Yazarın qələmi ilə tanışlıq üçün ideal seçim deyildir. Fərqlilik sevənlərin seçimi ola bilər.
1000Kitap
AzilHakan Günday · Doğan Kitap · 202411,3bin okunma