XXI əsrin beşliyi
Puan vermedi·768 syf.··
Beğendi
·
2026 16. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Şubat 2026 12:10
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair. “Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var. Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr"Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma
Puan vermedi
Bu kitab görkəmli ədib Mir Cəlalın 1941-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibəti ilə hazırladığı silsilə nəşrləri əsasında tərtib olunub. Mir Cəlal Nizaminin "Xəmsə"sindən bəzi hissələri nəsrə çevirib. Anlaşıqlı, olduqca rəvan dili ilə seçilən əsərlər uşaq ədəbiyyatı nümunələri kimi işlənilib, dili sadələşdirilsə də orijinal əsərlərin məna yükü böyük ustalıqla saxlanılıb. Kitabda Nizami xəzinəsindən "Kərpickəsən", "Xeyir və Şər", "Fitnə", "İki rəssam", "İlin fəsilləri" hekayələri toplanılıb.
İki RəssamNizami Gəncəvi · 3 Alma Yayınevi · 20235 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi
Azərbaycan ədəbiyyatının təkrarolunmaz nümayəndəsi Şeyx Nizami Gəncəvi dünyaya öz adına layiq bir xəzinə - "Xəmsə" toplusunu miras qoymuşdur. Nizami "Xəmsə"də yer verdiyi hekayə və əhvalatlarla cəsarəti, hünəri, mərdliyi, doğruluğu tərif etməklə yanaşı, xəyanəti, yalanı, zülmü, acgözlüyü, ədalətsizliyi tənqid edir, hər kəsə ibrət dərsi verəcək gücdə bir-birindən parlaq nümunələr sərgiləyir. Daim haqqa, ədalətə, doğruluğa səsləyən mütəfəkkir-şair bu hekayələrində insanları qəflət yuxusundan oyanmağa, mənəviyyata, şəfqətə və sevgiyə çağırır. Daha geniş oxucu kütləsinə xitab etməsi üçün, kitabımızda yer alan hekayələrin dili sadələşdirilərək nəsrə çevrilmişdir.
Xəmsədən HekayələrNizami Gəncəvi · Mimta Nəşriyyat · 20218 okunma
Puan vermedi
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "Xəmsə" ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Hal-hazırda əldə olmayan bu divandan yalnız bəzi nümunələr üzə çıxarılıb nəşr edilmişdir. Əldə olunan şeirlər içərisində qəsidələr, qəzəllər və rübailər vardır. Yüksək sənətkarlıqla yaradılan və məzmun zənginliyi, ideya dərinliyi ilə diqqəti cəlb edən bu şeirlərə nikbin ruh hakimdir.
LirikaNizami Gəncəvi · Lider Nəşriyyat · 200451 okunma
Puan vermedi·256 syf.··
2024 182. kitabı
İsgəndərnamə Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır. İyirmi min misraya yaxın olan "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "Şərəfnamə" Abdulla Şaiq, "İqbalnamə" isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.
İskəndərnaməNizami Gəncəvi · Lider Nəşriyyatı · 2004356 okunma
Puan vermedi
Dahi Azərbaycan şairi Nizami Gəncəvi üç poemasında "oğlum məhəmmədə nəsihəт" deyə ümumilikdə bütün gənclərə öyüdlər yazıb. Amma böyük mütəfəkkirin öyüdləri təkcə bununla bitmir. Əsərlərinin hamısında oxucunu gəncliyin qədrini bilməyə səsləyir. Ona görə də kitabı "Oğluma nəsihət" adlandırmışıq. Bununla da onun əsərlərində yer almış, eləcə də orta məktəb dərsliklərində adları çəkilən və ya ixtisarla tədris olunan bütün ibrətamiz hekayələri, fəlsəfi düşüncələri, bədii sözü yüksək qiymətləndirən, az sözlə böyük məna ifadə edən müraciətləri, gəncliyi tərənüm edən beytləri, rübailəri, qəzəlləri, qəsidələri bir yerə toplayıb təqdim edirik. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub. "İnsanın qəlbini təlatümə gətirən Nizami lirikası, dünya şöhrəti qazanan "Xəmsə" şairin mənəvi dünyasına misilsiz nümunədir, öyrənilməsi zəruri olan zəngin bədii xəzinədir.
Oğluma NəsihətNizami Gəncəvi · 3 Alma · 023 okunma