8/10
·328 syf.··
Beğendi
·
2022 29. kitabı
·
16 saatte okudu
·
Okunma: 22 Temmuz 2022 07:25
Əsər lirik və satirik şeirlər, poema və hekayəlırdən ibarət idi. Hekayələr arasında mənə ən çox təsir edən "Gülzar" və "Dilbər" oldu. Haqqlarında danışmayacağam. Mən sadəcə lirik şeirlərini oxudum. Ən sevdiklərim: ANA Əgər bütün bəşəriyyət ədüvvi-canım оla, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər, Min il vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,* Əyilmərəm nə ki, yer, versələr səmanı genə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücilə mənə hökm edə оlum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, оnun Gücilə xalqa həqiranə eyləyim təzim? Cahanda yоx elə bir qüvvə baş əyim оna mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılım xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir о? Nədir о? Ana! Ana!.. О adın qarşısında bir qultək Həmişə səcdədə оlmaq mənə fəxarətdir; Оnun əliylə bəla bəhrinə yuvarlansam, Genə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla!
Əsərləri - I cildCafer Cabbarlı · Şərq-Qərb · 2005140 okunma