Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün, Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün. Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri, Zülm ilə qanına batar türreyi-müşki-ənbəri. Bəlkə Firəngətək apar cümleyi-ali-heydəri, Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün. Söylə gətirmə Qasimi, qatili eyləyir şitab, Toyda olur yəqin onun qanına əlləri xizab. Görmə rəva ki, Şümri-dun din evin eyləsin xərab, Rəhm eyləsün o Zeynəbi-bəxti-qərayə, gəlməsün. Gəlməyə yoxdu fürsətim, qan ilə namə yazmışam, Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam. Əbəlfəzin uzun qolu görmə rəva ola qələm, Bacıların ayaqyalın, dəşti-bəlayə gəlməsün. Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil, İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil, Qüslü hənut olmadı, oldu qənarədə qətil, İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün. Badi-xəzan əsər sənin qönçəsifət əyalına, Rəhm eylə, yavərim Hüseyn, Qasimi-xoşməqalına. Canı təsəddüq eylədim Əkbərimin, cəmalına, Sağ ola ol imam Hüseyn, qəm üsərayə gəlməsün Xurşidbanu Natəvan
Üzünün nuru günəş tək,mənə hər dəm sinəcəkdi, Bu xəyallar nə bilərdim,bir işıq tək sönəcəkdi. Bəs demişdin mənə ey dil,belə qalmaz bu xərabə, Gələcək fəsli-baharım,bu xəzanım çönəcəkdi? Ziyan oldu bu saf oğlan,sozalır sən ona bir bax! Ona bir dəm nəzər etsən,bu azarı dinəcəkdi. Olmasaydım sənə-aşiq,nəyin ilə öyünərdin? Nə məqamın qalacaqdı,nə fəsanən dönəcəkdi? Var ümidim hələ yardan,o gileyləndi həyatdan, Mənə dinməyən dodaqlar,gələcək gün dinəcəkdi.
Şiir
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Oldum
Əya Nəvvab, valayi-süxəndan, Yetişdi naməniz dilşad oldum. Qəmü dərdim firavan idi, amma Behəmdüllah genun azad oldu. Sərasər şeiriniz öz ruyi-hikmət, Qamu məzmunları mehrü məhəbbət, Möhübbə rəhmətü ədvanə zillət, Bu şirin ləhcəyə mötad oldum. Sizə lütfi-xuda olsun müraqib, Əta qılsun dəxi əla məratib. Yetə bədxahə gər, əşhabi-saqib, Xərab olsam da gər, abad oldum. Qəmi-əyyamidən çox natəvanəm, Əliləm, naxoşam, afsordə canəm, Bu tətildən özüm də bədgümanəm. Məgər kuhi-qəmə Fərhad oldum. Unutma sən duadan Natəvanı, Əlilü naxoşu əfsordə canı, Cənabında səva yoxdur gümanı, Əgər yaddan çıxam bərbad oldum Oldum (Xurşidbanu Natəvan)📚✏
Şiir
Muzîka hestyarî pêşniyar bikin , lê ew bila min xêrab bike ..
Stranên Kurdî
Sənsiz xərab olan yazıq ömrümün hər dəqiqəsində bir ölüm yaşar. Səməd Vurğun