Narinn

Narinn
@y_n3rmm
@y_n3rmm·
·
sabitlendi
Bacaran istəmir, istəyən bacarmır, bilən etmir, edən bilmir və beləliklə də dünya getdikcə pisləşir.
Duygu ve Düşünce
Etimoloji Defteri
Mücellit Nedir ?
Kaybolsam, yine ben çıkarım kendimi aramaya. Üzülsem kendi ruhumda bulurum teselliyi, kaçıp gitsem yine kendime dönerim.. Hayatın bana öğrettiği en mühim ders, kendimden başka kimsenin beni bu kadar sevmeyeceği.. Hayata küser, kendimle barışırım. Ben sahiden iyi ki varım...
Duygu ve Düşünce
Səssizlik...
Zaman həqiqətən bu qədər yaxşı gələrmi insana? Acıyı basdırarmı? Göz yaşını dindirərmi? Yaraların üstünə yara bandı yapışdırarmı? Ya günün birində yara yenidən qanayarsa...?❤️‍🩹
Duygu ve Düşünce
"O yerdən başla"
+Bura çox qaranlıqdır... — Amma qaranlığın içində qəlbinin görə bildiyi bir işıq var. +Səssizlik danışmaqdan daha ağırmış... — Çünki sükut bəzən insanın içində gizlənən hisslərin səssiz sədası olur. +Mən burda gizlənmirəm... sadəcə yox oluram. — Gizlənmək qorxunun, yox olmaq isə inamsızlığın dilidir. Amma sən hələ danışırsan. Bu, yaşamaqdır. +Bilmirəm, çıxsam nə dəyişəcək... — Heç nə dəyişməyə bilər. Amma sən dəyişəcəksən. Bu kifayətdir. + Bəzən çıxmaq istədiyim yerə geri qayıtmaqdan qorxuram. — Onda çıxmağı seç, qayıtmağı yox. Seçimlər səni qorxutmasın. Onlar azadlığın qapısıdır. + Əlimi uzatsam, sarsılaram deyə qorxuram... — Amma uzatmasan, çürüyərsən. Qorxu sarsıdır, amma ümidsizlik öldürür. + Bəs tutduğun əli buraxsan? — Mən buraxmaram. Amma sən inamını buraxsan, heç kim tuta bilməz. + Burdan çıxmaq üçün nə etməliyəm? — O yerdən başla... Qaranlıqda qaldığın yerdən. Ən çətin yerdən. Ən çox ağrıyan nöqtədən. (Və o titrəyən əl, illərlə susan bir ruhun ilk kəlməsi oldu...) Çünki çıxış yolları görünməz olmur. Sadəcə qorxan gözlər görməməyə qərarlıdır...
Duygu ve Düşünce
"Şəffaflıq"
+Bilirsən? –Həmişə bildiyimi düşünürdüm. +Amma yağış bunu sübut etmədi. –Yağış, sükutun içindəki səsi yalnız daha da böyüdür. +Biz çox danışdıq… amma heç nə demədik. –Çünki bir-birimizin qəlbini oxumaq yerinə, yalnız yaxınlığımızla kifayətləndik. +Çətir sənin əlində idi. –Amma heç vaxt tutmadım. Sadəcə, sən islanmayasan deyə əyildim. +Halbuki mən çoxdan islanmışdım. (Səssizlik. Rənglər sönür, sətirlər kəsilir.) –Bu şəhər bizi harada itirdi? +Biz bu şəhəri ruhumuzda itirdikdə. –Sənə görə bu nə idi? +Bir-birimizin şəklini çəkdiyimiz an. Amma heç baxmayacağımız bir albom üçün. –Son dəfə bax. Mən burdayam. +Yox. Sən artıq şəffafsan. Yalnız yağışda görünürsən. (Son cümlə yerini tapır. İşıq sönür. Sadəcə sətir qalır.) "Bəzən bir çətir, bütün səmimi hekayələri sudan çıxarır... amma islanan yalnız içimiz olur".
Kitap Alıntısı