Təsəvvür edin ki, həyat bir oyundur və siz eyni zamanda beş topu əlinizdə atıb tutursunuz. Topların adı iş, ailə, sağlamlıq, dostlar və dürüstlükdür. Nəhayət, bir gün siz işin "rezin top" olduğunu başa düşürsünüz. Əgər onu əlinizdən salsanız, o, yerə dəyib yenidən havaya qalxacaq. Digər toplar isə şüşədəndir. Onlardan birini yerə salsanız, həmişəlik zədələnəcək, bir hissəsi qopacaq və yaxud çilik-çilik olacaq