İ. Hakkı İhsanoğlu

İ. Hakkı İhsanoğlu

Yazar
8.0/10
1 Kişi
·
1
Okunma
·
0
Beğeni
·
369
Gösterim
Fransanın Tours universitetindən Gerard Renouxun fikrinə görə:Beyin davranışla əlaqəli fəaliyyətlərə necə təsir edirsə,immunitet sisteminə də elə nəzarət edir.Solaxay insanlarda beyin funksiyaları beyin yarımkürələri arasında anormal şəkildə paylanır,buna görə də onların avtoimmun xəstəliklərə (immunitet sisteminin pozulması nəticəsində meydana gələn xəstəliklər) tutulma ehtimalı daha çoxdur.Güclü riyazi qabiliyyəti olan və ya əksinə qavrama qabiliyyəti zəig olan uşaqlarda (hər iki qrupda da beyin quruluşu anormal olur) allergiyaya meyil daha çoxdur.Renoks beyinin dəyişən simmetriyasının immun sisteminin tarazlanmış fəaliyyətini pozduğunu və bunun xəstəliklərə zəmin hazırladığını bildirir.
Sinir hüceyrələri arasında informasiyanın ötürülməsi kimyəvi maddələrin (mediatorların) kiçik keçidlərdən,yəni sinaptik boşluqlardan (sinaps-neyronların bir-birinə təmas etdiyi səth) keçməsi şəklində baş verir.Məsələn,bir neyrondan (sinir hüceyrəsi) ifraz olunan qlütamin turşusu ona bitişik neyronun membranındakı kanalları açaraq natrium və digər müsbət yüklü ionların boşalmasına səbəb olur.Bu ionlar da hüceyrədaxili elektrik yükünü dəyişdirərək sinir impulsunu başladır.Beləcə daha sonrakı neyronda da eyni hadisələr başlamış olur.Qamma-amin yağ turşusu kimi bəzi daşıyıcılar bu qıcıqlanmanı sürətləndirir.Dopamin və serotonin kimi bəzi maddələr və neyropeptidlər (sinir zülalları) isə neyronun bu impulslara cavabını tənzimləyir.
Bədənimizin bir qismində fasiləsiz şəkildə ölmə və dirilmə prosesi cərəyan edir.Bir saniyədə təqribən üç milyon alyuvar (qırmızı qan hüceyrəsi) ölür və üç milyon yeni alyuvar yaradılır.Bəlkə də,beynimiz dəyişilmir,amma əzələlərimiz hər yeddi ildən bir təzələnir.Bu proseslərin tənzimlənməsinə nəzarət beyinə həvalə edilmişdir.
Dopamin ifraz edən neyronların qrup şəklində yerləşdiyi bu nahiyəni zövq və həzz mərkəzi də adlandırmaq olar.Genetik bir xəstəliklə əlaqədar D2 (dopamin) reseptoru az olan insanlar xoşbəxtlik,zövq və həzz duyğularını hiss edə bilmirlər.Buna görə də alkoqola,kokainə,qumara və şirniyyata meyl edirlər.
Yaradılışcı tərəfini çıxıb,təkamülü inkar etməsini nəzərə almasaq elmi cəhətdən xeyli faydalı kitabdır.Beyin haqqında bilmədiyim çox məlumatı əldə etdim.

Yazarın biyografisi

Adı:
İ. Hakkı İhsanoğlu
Unvan:
Doç. Dr.

Yazar istatistikleri

  • 1 okur okudu.
  • 4 okur okuyacak.