Səni nəyə bənzədim,
Ətirli baharamı?
Təzə-tər nəfəs olub
ürəyimə dolursan...
Səni nəyə bənzədim,
zirvədəki qaramı?
Bu nə sirdi, nə yaxın,
nə əlçatmaz olursan?
Səni nəyə bənzədim,
küləyəmi, mehəmi?
Qəlbimi titrədibsən,
ruhumu oxşayırsan.
Səni nəyə bənzədim,
çəməndəki şehəmi?
Gecələrdən səhərə
səssizcə yox olursan.