Ağalar Məmmədov

Aşma author
Author
8.5/10
2 People
20
Reads
6
Likes
738
Views

Newest Ağalar Məmmədov Quotes

You can find Newest Ağalar Məmmədov quotes, newest Ağalar Məmmədov book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Mən birincliyi sevmirəm. Çünki mən “ Bir “i sevmirəm. Axı bir özündən başqa heç nəyə yaşamaq hüququ vermir. “Bir”də eqoizm gizlənib. O , bizi saymır . İnsan da bir olar ? Bir olar allah. Birincilik arzusunun kütləviləşdiyi ,bayağılaşdığı ,şitləşdiyi bir dövrdə və yerdə mən belə ötüşməyə qoşulmuram . Buda mənim qürurumdur.
Susa bilmək brilliantdı. Birlliant-danışa biıməmək deyil,danışmaq istəməmək deyil,danışacaq sözü olmamaq deyil. Əksinə min dəfə əksinə! Məhz danışmaq istəyəndə ,deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.
Reklam
Qaranlıq iki üzlüdür. O ya səhərə açılır ,ya da heç vaxt öz səhərini tapa bilmir…ölüm- gündüzü gəlib çıxmayan gecəyə bənzəyir.
İynə “ dostların “ əlində olur. Düşmən əlində zəif silahdır o. Dost əlində “zəruri” silah.Əli iynəli “dost” əli qılınclı düşməndən qorxuludur.
Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu varının yoxluğu. “Şəbi-hicran” deyən Fuzilini anlaya bilirik yavaş -yavaş. Gündüz hamınındı ,gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.
Ölümün yaxınlığında,həyat təəccüblü gəlməz.
Reklam
115 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.