Ali Hamaney

250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
288
Okunma
59
Beğeni
5,9bin
Görüntülenme

Ali Hamaney Sözleri ve Alıntıları

Ali Hamaney sözleri ve alıntılarını, Ali Hamaney kitap alıntılarını, Ali Hamaney en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Çünki Peyğəmbər buyurmuşdu: "Elm Çində olsa belə, gedib öyrənin”.Əgər lazım olsa, elm öyrənmək üçün dünyanın o tərəfinə də gedin. Müsəlmanlar elmi öyrəndilər və inkişaf etdirdilər. Hicri təqvimi ilə 4-5-ci əsrlərdə Cənubi Avropada, bugünkü İspaniyada İslam dövləti qurulanda Avropanın ən yüksək universiteti ogünkü Andalusda yerləşirdi. Pier Russo Elmlər tarixi kitabında yazır ki, bir tacir oğlunu elm öyrənmək üçün universitetə göndərmək istəyirdi. O bu məqsədlə bir müəllimlə məshələtləşdi. Müəllim dedi ki, oğlunun dörd riyazi əməli öyrənməsini istəyirsənsə, Fransanın və Mərkəzi Avropanın bütün universitetləri bunu yaxşı öyrədərlər. Lakin daha yüksək elm öyrənməsini istəyirsənsə, gərək onu Andalusun İslam universitetlərinə göndərəsən. Bunu qərblilər yazıblar. Pier Russonun yazdığı Elmlər tarixi kitabı dini təmayüllərə qarışmadan elmlər tarixinə aiddir. Deməli, elmsiz iman faydalı deyil. İmansız elm də faydasızdır.
Sayfa 284Kitabı okudu
Maraqlı yanaşmadır :|
𝄪𝄪𝄪 Fəsadın kökü aləmin həqiqətinə diqqət yetirməməkdən ibarətdir. 𝄪𝄪𝄪
Reklam
Ağlıma hasarın qırağında qalan 3 adam şəkli gəldi :)
...ədalət bərabərlik deyil,səhv salınmasın. Bəzən bərabərlik zülm sayılır.
Bir də görürsünüz ki, biz düşmənin "puzzle"si daxilindəyik. "Puzzle"də xırda hissələri bir-birinin yanına düzürlər və bir şəkil alınır. Bu zaman hissələrdən birini də biz təmin edirik. Bu çox pis haldır. Biz onun hissələrini təmin edən olmamalıyıq. Ayrı-ayrı hərflərdən ibarət olan bu hissələri bir-birinin yanına düzəndə bir söz alınır. Düşmən belə bir "puzzle" düzəldib ki, içindən bir söz çıxarsın. Bu hərflərin bir neçəsini də biz qoyaq?! Bundan ehtiyatlı olmaq lazımdır. Söhbət bundan gedir. Biz düşmənin "puzzle"sini tamamlamamalıyıq. Düşmənin gördüyü və görmək istədiyi işi bilməli, açıq məqsədlərini və rolunu görməliyik.
Bu məhəbbət Allahın öz mərhəmət əli ilə iki gənc ürək arasına saldığı düyün, davamlı və təravətli bir nikahın ərş mehridir. Elə bir sərvətdir ki, əgər qorunsa, həyatı qoruyar; əgər işə düşsə, onu rövnəqləndirər, acıları şirin, çətinlikləri asan edər; əgər bu böyük nemətin qədri layiqincə bilinsə, ilahi məhəbbət iksirinə gedən yolu asanlaşdırar.
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı,pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”. Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.
Reklam
773 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.