Ali Khayyam

Bulud Bağçaları yazarı
Yazar
9.7/10
38 Kişi
49
Okunma
75
Beğeni
8,6bin
Görüntülenme

Hakkında

Əli Əhməd oğlu Xəyyam, Əli Xəyyam (24 Fevral, Təbriz) — gənc Azərbaycan şair və nasiri. Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. 2006-cı ildə Bakı Atatürk Liseyini, 2011-ci ildə isə Xəzər Universitetinin iqtisadiyyat fakultəsini bitirib. O həmçinin İngiltərənin Oxford şəhərindəki King's College-i bitirmişdir. Əli Xəyyam 2010-cu ildə ilk kitabını nəşr etdirmişdir. "Deyil" kitabının redaktəsi və ön sözü filosof alim Ağalar Məmmədov tərəfindən verilib. Dizayn Orxan Məmmədovundur. Ağalar Məmmədov kitab haqqında deyir : " "Deyil" demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. "Deyil" – "… deyil"dir, amma bu "deyil" nəyə "deyil" deyir, nəyi deyilləyir? Bu, sirr qalır… Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın "différence" sözünü bilərəkdən yanlış olaraq "différance" yazması kimi. Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz." Əli Xəyyam yapon şeir forması olan hayku (hokku) üslubunda yazdığı "Yalnız misralar" ilə də özünü sınayıb. Əli Xəyyam ikinci kitabını Orxan Cuvarlı ilə birgə qələmə almışdır. Kitab, "Yozumsuz Yuxuların Sabahı" adlanır. Kitabda eyni mövzuları hər iki yazar öz şəxsi münasibətini bildirir. Deviz : "Eyni hadisəyə 2 fərqli baxış. Eyni hissin 2 fərqli cür yaşanmış olması. Eyni insanın 2 fərqli hissəyə parçalanması"dır. Cuvarlı bunu şeir ilə, Xəyyam isə nəsr ilə ortaya qoyur. Baxışlarında bəzi mövzularda çox yaxın olsalar da, bəzilərində radikal dərəcədə fərqlidirlər. Buna görə də oxucu eyni mövzuya iki fərqli baxış ilə eyni zamanda tanış olur. Mövzular müasir Azərbaycan gəncinin duyduqları, hiss etdikləri, görmək istədikləri, problemləri və sevgisi haqqındadır. Kitab 178 səhifədən ibarətdir. Kitabın üz və arxa qabığının dizaynı Creative Shamans Bureau art direktoru tərəfindən yerinə yetirilib. Kitabın redaktorları isə Ağalar Məmmədov və Afət Yaqubovadır. 2011-ci ildə Azərbaycanda ilk "Spoken Word Poetry" janrındakı albomunu - "Xamuş"-u oxucularına və dinləyicilərinə təqdim etmişdir. 2012-ci ilin Dekabr ayında 200-dən artıq gəncin iştirakı ilə baş tutmuş imza günündə, Əli Xəyyamın ikinci səsli şeir albomu olan "Morfin" təqdim olunmuşdu. Hal-hazırda sayca üçüncü kitabı olacaq "Bulud Bağçaları"-nın üzərində işləməkdədir. Yaxın zamanda yeni kitabını oxucularına təqdim edəcəkdir.
Tam adı:
Əli Xəyyam

Okurlar

75 okur beğendi.
49 okur okudu.
15 okur okuyor.
89 okur okuyacak.
2 okur yarım bıraktı.

Okur demografisi

Kadın% 67.4
Erkek% 32.6
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Çıxart əynindən kədəri, Rəngi yaraşmır gözlərinə...
Sayfa 149·Kitabı okudu
Elə gözəl ağlayırsan ki Lap elə ölməyim gəlir...
Sayfa 34·Kitabı okudu
Reklam
Reklam