Əsər tarixi-detektiv janrda yazılıb. Hadisələr XVII əsrdə, Səfəvilər dövlətində baş verir. Əsas obrazlarımız II Şah Abbas zamanında qurulmuş "Ədalət divanı"nın qulamı Barsoğlu və Mirzə İmandır.
Qədim ipək ticarəti, gizli təşkilatlardan, müəmmalı qətllərdən bəhs edən romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.
Detektiv olaraq zəif olsa da, tarixilik baxımından xoş əsər idi. Hadisələr, məkanlar, istifadə olunmuş arxaizmlər oxuduqca xoş təsir yaradır, XVII əsrin Səfəvilər dövləti, o dövrdəki insanların həyatı oxucunun gözləri önündə canlanır...