Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anar Rzayev

Anar RzayevBeş Katlı Evin Altıncı Katı yazarı
Yazar
Çevirmen
8.7/10
412 Kişi
2.245
Okunma
194
Beğeni
10,5bin
Görüntülenme

Anar Rzayev Gönderileri

Anar Rzayev kitaplarını, Anar Rzayev sözleri ve alıntılarını, Anar Rzayev yazarlarını, Anar Rzayev yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir ölümə çarə yoxdur deyiblər.Amma görünür ölüm çarəsizliyin çarəsiymiş.Çıxılmazlıqdan yeganə çıxış..
Reklam
"Mən onu sevirdim və buludları ona bağışlamaq istəyirdim. Amma o mənimçün üfüq kimi idi. Görünən. Uzaq. Çatılmaz."
Anar Rzayev
Anar Rzayev
144 syf.
6/10 puan verdi
·
30 saatte okudu
Müasir ədəbiyyatımızdan maraqlı bir nümunədi bu kitab. 2 hissədən ibarətdir, birinci hissədə yazıçı xəyalındakı ideal Azərbaycanı təsvir edib, ikinci hissədə isə xəyal gücünün sərhədlərini genişləndirib çox pis bir Azərbaycan təsvir edib. Mövzu maraqlı idi, oxuduqca yaşadığımız şəhərin necə ola biləcəyini görürük və niyə belə deyil, belə olması çox mu çətindir deyə bir sorğulayırıq. İkinci hissədə isə olana şükür edirik. Kitabda biraz duyğu əksikliyi hiss elədim çünki ilk hissənin yarısı müxtəlif yer və şəxsiyyət adlarından ibarət imiş kimi gəldi. Yəni hər şeyin nə qədər əla olduğunuç mədəniyyətə nə qədər önəm verildiyini anladıq, Azərbaycanın bütün şairlərinin adını bir-bir yazmağa ehtiyac yoxdu məncə. İkinci hissədə isə hadisələr 10 il boyunca Azərbaycandan uzaqda yaşamış bir personajın adından anlatılır deyə duyğu əksik qalır. Nə olduğunun təsvirinə geniş yer verilib, bunun insanlara necə təsir göstərdiyinə isə yetərincə yox. Qeyd etmək istədiyim ikinci bir məqamda əsərdə hər şeyin ifrat formada olması idi. Məsələn birinci hissədə tarixi və türkçü ünsürlərin təsiri çox idi, oxucunu yorur bu. İkinci hissədə isə Bakını öz aralarında bölmüş 3 ideologiyada radikal formada idi. Reallıqda isə bütün dindarlar qəribə və geridə qalmış deyil, bütün sekulyarlar əxlaqsız deyil. Bu qədər :)
Ağ Qoç, Qara Qoç (Utopik və Antiutopik Nağıllar)
Ağ Qoç, Qara Qoç (Utopik və Antiutopik Nağıllar)Anar Rzayev · Qanun Nəşriyyatı · 2022130 okunma
Füzuli
— Təhminə, bilirsən Füzuli nə deyir? — Nə deyir axı? Deyir ki: Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. — Başa düşdün? — Az-maz. — Bir də bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.
Sayfa 167 - Qanun nəşriyyatıKitabı okudu
Murtuz Balayeviç
— Mən indi bacardığımdan xalqıma xidmət etmişəm. Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizin kimi cavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmət-izzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz.
Sayfa 157 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Bəxtiyarlıq
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu. Danışıqları qarmaq kimi keçmişə ilişir, illər, aylar arxasında qalmış xatirələri çəkib çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə ya hislə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfiliyidir. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun külək kimi yaddaşa qayıtması…
Sayfa 100 - Qanun nəşriyyatıKitabı okudu
448 syf.
8/10 puan verdi
·
35 günde okudu
Zaur,Tahmine,Nimet’le Bakü’de geçen bir aşk hikayesiydi. Oldukça sürükleyici ve merak uyandırıcıydı. Zaurla Tahmine’nin hikayesi bir sırra bağlanıp onun çözülmesini beklerdim;ama merak duygusu ve akıcılık hiç azalmadı. Azerbeycan kültürü,sosyal hayatı hakkında genel bilgi de edinmemi sağlayan kitapta konu oldukça sade ve anlaşılır işlenmiş. Bana göre mutlaka okunması gereken bir kitap olmamakla beraber dinlendirici ve merak uyandırıcı bir kitaptı.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.