Aydın Əlizadə

Antik Fəlsəfə Tarixi yazarı
Yazar
0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
330
Görüntülenme

Hakkında

Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir. 1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi. Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi. 2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu. Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur. Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir. 2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur[18]. 2008-ci ildə dosent adını almışdır[1]. İctimai fəaliyyəti
Tam adı:
Aydın Arif oğlu Əlizadə
Unvan:
Yazar, Filozof, Tarihçi
Doğum:
Bakı, Azərbaycan, 1963

Okurlar

1 okur okudu.
2 okur okuyor.
4 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Çox məntiqli))
"Tanrılardan biri Dionisus olmuşdur. Titanlar onu parçalayıb yemişdirlər. Ona görə də, baş tanrı Zeus onları ildırımla yandırmışdır. Titanların külündən isə insanlar yaranmışdır. Ona görə də onların ikili təbiəti vardır. Biri insanların şər olan titanik, digəri isə xeyir olan dionisik təbiəti mövcuddur. Ona görə də insan təbiətinin məqsədi titanik təbiətə qalib gələrək dionisik həyat yaşamaqdır."
Ah Parmenides keşke zeitgeist kavramı olmasaydı
"Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirib çıxardardı. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər."
Reklam
Reklam