Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ayetullah Uzma Hamenei

Ayetullah Uzma HameneiAmerika yazarı
Yazar
0.0/10
0 Kişi
5
Okunma
1
Beğeni
108
Görüntülenme

Ayetullah Uzma Hamenei Sözleri ve Alıntıları

Ayetullah Uzma Hamenei sözleri ve alıntılarını, Ayetullah Uzma Hamenei kitap alıntılarını, Ayetullah Uzma Hamenei en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Terrorizmin qarşısını almaq üçün terroristlərin əməkdaşlığı
Doğrudan da insan təəccüb edir. ABŞ-ın prezidenti xəcalət çəkmir və dünyanın ictimai rəyi qarşısında uca səslə deyir ki, biz terrorizmin qarşısını almaq üçün İsraillə əməkdaşlıq etmək istəyirik.
Bizim leksikonumuzda hegemonizmin mənası
Bizim leksikonumuzda özünün siyasi, hərbi, elmi və iqtisadi imkanlarına arxalanaraq və bəşəriyyətə ayrıseçkili baxışdan ilham alaraq böyük toplum, dövlət və ölkələrə quldurcasına və təhqiramiz şəkildə hakim olub, onları öz xeyrinə istismar altında saxlayan, işlərinə müdaxilə edən, sərvətlərinə əl uzadan, hökumətləri ilə amiranə danışan, xalqlarına zülm edən və adət-ənənələrini aşağılayan güc mərkəzinə Hegemonizm deyilir.
Reklam
Amerikanın güc işlətməyə bacarıqsızlığı
ABŞ-ın iddia etdiyi kimi gücünün olmamasına və zəif insanları qorxudan heybətinin həqiqi gücündən olduqca artıq olmasına başqa bir aydın dəlil odur ki, çox yerlərdə güc və şiddət işlətmək istəyirlər, amma bacarmırlar. Hansı dəlilə əsasən? Dəlil budur ki, bacardıqları yerdə, misal üçün, Panamada etdilər. Əgər ABŞ Panamada gördüyü işi digər inqilabçı ölkələrdə, çox narahat və pərt olduğu Kubada görə bilsəydi, görərdi. Deməli, bacarmır. Əgər bu işi o regionda, yaxud digər regionlarda olan və ABŞ siyasətinə qarşı çıxan ölkələrdə görə bilsəydi, görərdi. Dəlili budur ki, Panamada gördü.
Bismilləhir Rahmənir Rahim
Bir neçə il bundan öncə bir ABŞ donanması Fars körfəzində İranın bir sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə hədəf seçdi, vurdu, yandırdı, suya saldı və içindəkilərin hamısını məhv elədi. Sonra etirazlar ucaldı. Dünya bu hadisədə xalqımızın haqlı olduğunu bildikdə, üzr istəyib dedilər ki, bağışlayın, səhv etmişik. Qəribədir! Səhv etdiniz?! Dünyanın bugünkü gücləri arasında mövcud ənənənin əksinə olaraq, toxunulmaz olan sərnişin təyyarəsini üç yüzə yaxın sərnişinlə birgə vurursunuz və sonra deyirsiniz ki, səhv etdik! Qələt edib səhv etdiniz. “Səhv etdik” nə deməkdir?! Əgər donanmanın komandiri səhv etmişdisə, bəs nə üçün mühakimə etmədiniz?! Nə üçün ona medal verdiniz?! Nə üçün müxtəlif sözlərlə yenə də xalqımıza qarşı düşmənliyinizi davam etdirdiniz?! Nə səhvi?! Siz faciə törətməkdə heç zaman səhv etmirsiniz. Müstəqil xalqlar əleyhinə çirkin iş görməkdə heç zaman səhv etmirsiniz. Gedib ən çirkin və ən pis nöqtəni tapırsınız. Bu gün qlobal hegemonizm budur. Bu gün ABŞ budur. Bunlar cinayət törətməkdən çəkinmirlər.
İnsan hüquqlarının yalançı iddiaçıları
Qaraların son nümayişi göstərdi ki, ABŞ quruluşu təkcə Asiya, Afrika və Latın Amerikası xalqlarına qarşı yox, öz xalqına qarşı da ədalətsiz rəftar edir. Oralardakı kimi burada da etirazı kobudluqla və boğmaqla cavablandırır.
Bismilləhir Rahmənir Rahim
Düşmən bizim əleyhimizə fəaliyyət göstərəndə məgər bizi nəzərə alır ki, acığımız gəlməsin?! Nə üçün biz düşməndən çəkinməliyik?! Hegemonizm bizi bir-birimizin canına salmaq, İslamı xurafatçı və çirkin göstərmək istəyəndə məgər müsəlmanların xoşuna, yaxud acığına gələcəyini düşünür? Biz "hegemonizm İslam və müsəlmanların düşmənidir!" demək istədikdə nə üçün onu nəzərə almalıyıq?! Bizim böyük imamımızın ən üstün fəxrlərindən biri İbrahim və İslam həccini dirçəltməsidir. Bizim müsəlman xalqımız da belə bir həclə fəxr edir.
Reklam
Bismilləhir Rahmənir Rahim
İmam haqlı olaraq belə demişdi: "Amerika heç bir qələt eləyə bilməz".
İslamla düşmənlik
Onlar öz müsahibələrində deyirlər ki, biz İslam və müsəlmanlara müxalif deyilik. Bəs müxalifət nədir? Bu gün kim dünya mediasına, hegemonizmin, sionistlərin, Amerikanın və onun kimilərin kütləvi informasiya vasitələrinə baxsa, onların əsas fəaliyyət xətlərindən birinin İslamla düşmənlik olduğunu görər.
Qələt edirlər!
Belə deyil ki, ABŞ hansı ölkə ilə pis münasibətdə olsa, o ölkə dünyada daha nəfəs ala biməsin və hansı ölkə ilə yaxşı münasibətdə olsa, o ölkə daha arxayın ola bilsin. Amerikalıların özləri belə təbliğ və təlqin edirlər ki, hansı ölkənin onlarla münasibəti pis olsa, bütün yollar üzlərinə bağlanacaq. Xeyr, belə deyil. İllərdir "Amerikaya ölüm!" şüarı bizim xalqımızın dilindən düşmür, yollar da üzümüzə bağlanmamışdır. İradə ilə çalışdıqda öz yolumuzu aça bilirik. Məgər dünya ABŞ-ındır?! Dünyanın sahibi olduqlarını iddia edən bu quldur, təkəbbürlü və fəsadçı hegemonlar kimlərdir? Qələt edirlər!
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.