Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azər Qismət

Çuğullar yazarı
Yazar
10.0/10
1 Kişi
4
Okunma
0
Beğeni
324
Görüntülenme

Hakkında

Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad rayonunda anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989-1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991-1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997-1998). 168 saat qəzeti redaksiyasında redaktor (1998-2000), "Bizim əsr" qəzetində müxbir (2000-2002) işləmişdir. Uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı Azərbaycan pioneri qəzetində çıxmışdır (1981). Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir. “Duman” hekayə və novellalar, “Çuğullar” və Sankt-Peterburqda rus dilində dərc edilmiş “Mən məşuqam” romanlarının müəllifidir. Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür. 2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. “Hamilə dəli” hekayəsi MDB ölkələri üzrə keçirilən “Sodrujestva” ədəbiyyat müsabiqəsində 2-ci yer tutub. Hekayə, novella və publisistik məqalələri Yaponiya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib. Xidmətlərinə görə "İlin debütant yazarı" diplomuna və bir sıra fəxri tərifnamələrə layiq görülmüşdür. ANS-media və yayım şirkətində Xəbərçi və İç xəbər verilişlərinin aparıcısı olub. Hazırda AzTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.
Unvan:
Yazar
Doğum:
Sabirabad, Azərbaycan, 9 Ekim 1972

Okurlar

4 okur okudu.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
İblisin indiki adı insan övladıdır
Sayfa 86 - XAN nəşriyyatı. Bakı -2018Kitabı okudu
– Qədimdə əsir düşən oxçuların orta barmağını kəsərmişlər. Sonralar döyüşçülər üz-üzə gələndə orta barmaqlarını göstərib demək istəyiblər ki, barmağımız yerindədir., İndi sizə göstərəcəyik. İndi həyat da sənə orta barmağını göstərdi, – deyə müdir orta barmağını gözümün qarşısına gətirib gülümsədi.
Sayfa 126 - XAN nəşriyyatı. Bakı -2018Kitabı okudu
Reklam
İnsanlar bir-birinə o zaman həyan olur ki, ya özlərini aldatmaqdan beziblər, ya da gücsüz, zəif olduqlarını özünə etiraf və qəbul etdirəcək qədər səmimi və cəsarətli deyillər
Sayfa 10 - XAN nəşriyyatı. Bakı -2018Kitabı okudu
Bir qeyd edirəm dəftərçəmdə: " Mənasız insanların gördükləri mənasız iş və dedikləri mənasız sözlər mənalı insanların həyatına birbaşa təsir göstərər. Həyatın başlanğıcı və sonu mənalıdırsa, bu başlanğıc və sonda bir məna varsa, insan həyatı nə vaxt mənasızlaşır? İnsanlar bir insan həyatına girdiyi zaman, bir insan həyatı mənasızlaşar."
Sayfa 99 - XAN nəşriyyatı. Bakı -2018Kitabı okudu
Fikirləri köhnə olan insanların yenilənməsi qeyri-mümkündür. Fikirləri köhnə olan insanlar yenilənmək istəmirlər...
Sayfa 116 - XAN nəşriyyatı. Bakı -2018Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
Henüz kayıt yok