Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bayram Bayramov

Bayram BayramovQaşsız Üzük yazarı
Yazar
7.0/10
1 Kişi
6
Okunma
3
Beğeni
609
Görüntülenme

Hakkında

Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şixavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) əkinçi ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934-1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944-1945) işləmişdir. 1945-1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləmişdir. Bir müddət yenə bütün qüvvəsi ilə yaradıcılıqla məşğul olmuşdur. Dövlətnəşrkomda sədr müavini kimi çalışmışdır (1966-1971). Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində işləmişdir (1989-cu ildən). Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilmişdir (1991). Fəal ictimaiyyətçi, Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı şəhər Sovetinin (1961, 8-ci çağırış) deputatı və rayon Sovetinin (1959, 7-ci çağırış), Müstəqil Azərbaycan Respukliası Milli Məclisinin deputatı olmuşdur. "Şərəf nişanı" ordeni (1968), "Xalqlar dostluğu" ordeni (1978), "Böyük Vətən müharibəsi" ordeni (1985), "Qırmızı əmək bayrağı" ordeni (1988), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1967) və medallarla təltif edilmişdir. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunmuşdur. 1994-cü il noyabrın 9-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Doğum:
Sırxavənd, Gəncə quberniyası , 11 Aralık 1918
Ölüm:
Bakı, 1994

Okurlar

3 okur beğendi.
6 okur okudu.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Bircə gülüş bəzən bir aptek dərmandan çox iş görür.
Sayfa 308Kitabı okudu
Gülüş qeyb olan saraylar da zindana çevrilər.
Sayfa 146Kitabı okudu
Reklam
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok