Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dilbər Axundzadə

Dilbər AxundzadəMüşfiqli Günlər yazarı
Yazar
9.3/10
80 Kişi
285
Okunma
18
Beğeni
2.008
Görüntülenme

Dilbər Axundzadə Sözleri ve Alıntıları

Dilbər Axundzadə sözleri ve alıntılarını, Dilbər Axundzadə kitap alıntılarını, Dilbər Axundzadə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Romeo və Julietta" yoxsa Müşfiq və Dilbər?
Bir qara buludam uca göylərdə Bu şair bəxtimlə bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə Nərgiz gözlərinin yaşına qurban.
Reklam
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Əgər bilsən sənsiz necə darıxıram!... Hər günüm bir il keçir. Bilsəm, səni əlimdən buraxmazdım...
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən? - Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!
Belə elçilik heyyətinə hansı ailə(qız) yox deyər ahahah
1932- ci ilin aprelində onlar nişanlandılar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla birgə, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün ən gənc şairi və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə) nişana təşrif buyurmuşdular.
Reklam
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm
Doğrudan da, qarşılıqlı sevgi səadət üçün bir qapı imiş.
Bu bir damla gözyaşının hekayəti bir sevgi dastanının sonluğuna çevrildi
Məhəbbət təkcə oğlanla qızın sevgisindən ibarət deyildir.Məhəbbətin bir çox çeşidləri var.Vətənə,anaya,ataya,müəllimə və sairə.. Məhəbbət olan yerdə hörmət və səmimiyyət də olur.Hörmət və səmimiyyət olan bir kollektivdə lap dağı dağ üstə qoymaq olar.Atalar yaxşı deyiblər ki, hörmət və məhhəbbət olmayan yerdə xeyir-bərəkət olmaz.Bütün xeyirxah işlərin başlanğıcı hörmət və məhəbbətdən yaranır.Ona görə də sən həmişə insanlara olan məhəbbətini sönməyə qoyma.O bir günəş kimi həmişə sənin qəlbində yansa, onun şəfəqləri maqnit kimi ətrafdakıları özünə çəkəcək.
723 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.