Bağışlama gedəni, çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni sənə xitab edənə
nə haqla dəyişmisən?
Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Bağışlama gedəni, çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni sənə xitab edənə
nə haqla dəyişmisən?
Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı, ikimizi bir Tanrı
yaratmış ola bilməz.
Sən ki gündüz getmisən, məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb "səni verənə şükür"
necə deyim, əzizim?
Bu sevda nə sevdadır, əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm, gülü sulu da
dərsəm, səni mənə verməzlər...
Körpülərin yıxıldı, sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına qaça-qaça sevirdin,
içə-içə unutdun.
O da səni unutdu, gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.
Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər.
Sənsiz nə edə bildi, gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib, ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."
Ya da bəlkə, hələ də səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında çiçəyin əvəzinə
qurutduğun həmin qız.
"Sənsizliyin" baş hərfi
Körpülərin yıxıldı, sən onu səhvlərindən keçə-keçə unutdun.
Dünən ayaqlarına qaça-qaça sevirdin,
İçə-içə unutdun.
O da səni unutdu, gedənlər ayrılığın adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun ətrinə həsrət qoyar.
Elə gözəl gedər ki, göydən düşən hər ulduz gedəninə bənzəyir.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan bədəninə bənzəyər.
Sənsiz nə edə bildi, gözlərinin yaşını qurutdu, qurutmadı?
Daha sevməkdən keçib, ləçəkləri qopar, de: "unutdumu, unutmadı..."
Ya da bəlkə, hələ də səni unuda bilmir unutduğun həmin qız.
Kitabın arasında çiçəyin əvəzinə qurutduğun həmin qız.